"Elə bil ki, belə kənd sakinləri yox imiş..." - GİLEY


Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olan 1-ci Qarabağ müharibəsi veteranı, 18 il DİO-da çalışmış Hacıyev Alov Ağasan oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Baş naziri Əli Əsədova, AR-nın Prezidentinin hüquq işləri üzrə köməkçisi Fuad Ələsgərova, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Azərbaycan Respublikasının Daxili İşlər naziri V ilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidməti rəisi Əli Nağıyevə, Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifova, Azərbaycan Respublikasının Hesablama Palatasının sədrinə,Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi N.Rəcəbova, Ombudsman Aparatının rəhbərinə, Mətbuat orqanı rəhbərlərinə Şamaxı, Ağsu və İsmayıllı rayonlarında 5-6 fevral 2019-cu il zəlzələsindən sonra yaşamaq üçün tam yararsız vəziyyətə düşən evlərimizin bərpa edilməsi üçün dövlətin ayrdığı vəsaitlərin Ağsu rayon İH-nin Kalva kənd ərazi dairəsi nümayəndəsi tərəfindən ayrıseçkilik edilərək yalnız özünə və yaxın qohum-qardaşlarına yönəltməsi barədə şikayət məktubu ünvanlayıb.

Aktualinfo.org 1-ci Qarabağ müharibəsi veteranı Alov Hacıyevin sözügedən müraciətini olduğu kimi oxuculara təqdim edir.O,yazır:

Mən, Alov Hacıyev Ağsu rayonun Kalva kənd sakini olaraq bu kənddə yaşamış və Vətənin müdafiəsi üçün qardaşlarımla birlikdə Ağsu rayonun Hərbi Komissarlığından könüllü olaraq döyüşlərdə iştirak etmişk. 2019-ci ilin fvralın 5-də baş vermiş məlum zəlzələ zamanı kəndimizdə əsasən köhnədən tikilmiş evlərin divarlarında iri çatlar əmələ gəlmiş, pol sınmış, binövrə daşları uçub daxilə tökülmüş, yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür. Məsələn, mənim atamın, hazırki analığımız Hacıyeva Gülsənəminindi yaşadığı evi 1946-cı ildə sementsiz, torpaq və taxta materialı istifadə edilməklə daş hörgüsü ilə tikilmişdir. cOna görə evimizin dörd tərəfindən çatlar əmələ gəlmiş və yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür. Eləcə də qardaşım Hacıyev Asəfin evinin zirzəmisində kürsü daşları uçaraq daxilə tökülmüşdür, sanki ev havada qalmışdır. Divarda çoxsaylı çatlar əmələ gəlmişdir. Digər qonşularım Şükürov Ağasəlimin, Əsədov Yalçının, Salamov Yasirin, Mustafayev Rəşid Ərzuman oğlunun yaşadıqları evlər də yararsız hala düşmüşlər. Evləri qəzalı vəziyyətdə olan sakinlər indi də arvad uşaqlarla birlikdə qorxa qorxa yaşayırlar. Dəfələrlə kənd və rayon rəhbərliyinə məsələnin həlli üçün xahişlər edilsə də 2 ildən çoxdur ki, gəlib yerində maraqlanan yoxdur. Elə bil ki, belə kənd sakinləri yox imiş. Çox şikayətlərdən sonra yerli icra nümayəndəsi Cavid Qədirov cavab verir ki, siyahıda adınız 38-ci dir. Təmir olunacaq. Lakin heç kim gəlmir, maraqlanmır. Amma eyni zamanda görürük ki, Kalva kənd icra nümayəndəsi Qədirov Cavid, Ağsu rayon İcra Hakimiyyəti Aparatının hüquqşünası olmuş Tofiq Kərimovla məsləhətləşmələri ilə cənab Prezidentin 1-ci dəfə ayırdığı 2 milyon manat vəsaitdən əvvəlcə özlərinə məxsus topdağıtmaz kiçik villalarını təmir etdirdilər. İcra nümayəndəsi C. Qədirov özünə məxsus evi tam və əsaslı təmir etdirməklə yanaşı, yaxın adamlarının – dədəsi Qədirov Əlistanın, əmisi Qədirov Talıstanın, qudası Niştayev Əhsanın, digər qudası Hilala təzə tikilib təmir olunan evlərini ehtiyac olmadığı halda yenidən dövlət vəsaiti ayırıb əsaslı təmir etdirdi. Hətta iş o yerə çatdı ki, Cavidin yaxın dostu olan Əjdərin də evini əsaslı təmir etməklə yanaşı, həyətində bir irihəcmli yeni talvar da tikdirib təhvil verməyi unutmadı. Bizi kimi kasıblar da qaldıq bir tərəfdə. 1 il əvvəl biz sakinlərin verdikləri şikayətlərə cavab olaraq FHN-nin Daxili Təhlükəsizlik Baş İdarəsi rəisi Nazim Rüstəmovun 16 yanvar 2020-ci il tarixli cavab məktubunda qeyd edilir: “FHN-nin mütəxəssisləri tərəfindən yerli icra hakimiyyəti tərəfindən təqdim edilmiş siyahıya əsasən Ağsu rayonu ərazisində baş vermiş zəlzələdən ziyan dəymiş evlərin texniki vəziyyəti araşdırılmış və aktlar tərtib edilmişdir.” Yəni, FHN-nin səlahiyyətlisi bildirir ki, yerli icra orqanları bizə nə təqdim edirsə onların evəri tikilir və bərpa olunur.”

Ağsu rayon İH-nin ictimai-siyasi məslələr şöbəsinin müdiri xanım Sevil Mirzəyeva isə kasıb şikayətçilərə cavabında bildirir: “Zəlzələ nəticəsində evinizə dəymiş ziyanla bağlı rayon İH-nə müraciət etməmisiniz. Bu səbəbdən FHN-nin komissiyası tərəfindən evlərinizə baxış keçirilməmişdir.Rayon İcra hakimiyyətinin Kalva kənd ərazi dairəsi üzrə nümayəndəsi Cavid Qədirovun isə belə bir səlahiyyəti yoxdur.” Onda belə bir sual yaranır ki, niyə Ağsu rayon İcra Hakimiyyətinin başçısı bizim kəndə gəlib evlərə baxış keçirmədi, O zaman C.Qədirov niyə özünün, dədəsinin , əmisinin, xalasının, qudalarınını, dostunun evlərinin siyahısını aparıb zəruriyyət olmadığı halda FHN-nin komissiyasına təqdim etmiş və dərhal da tikdirmişdir? Biz sadə vətəndaşların bəlkə pulu imkanı yoxdur Ağsu şəhərinə gedib bürokratların qapısında günlərlə gözləməyə, bəs, dairə ərazi icra nümayəndəsi niyə əvvəl bizi aldadır ki, sizin adıınız 37-38-ci dir. İndi də İcra hakimiyyəti səlahiyyətlisi S.Mirzəyeva bu işi malalamağa çalışır ki, Cavidin səlahiyyəti yox imiş. Niyə o zaman bu barədə yazılan şikayətləri ört basdır etmək üçün İH-nin hüquq şöbəsindən Tofiq Kərimovu dərhal kəndimizə göndərirsiniz ki, C.Qədirovu xilas etmək üçün şikayətçiləri istintaq etsin, onlara diqtə edib izahat yazdırsın ki, qanmayıb yazıblar və kasıbları boş boş ev təmiri və tikilməsi vədləri verməklə özünə lazım olan sənədləri imzalatdırıb yuxarı orqanlara yalan raport versinlər.? Bu oyunbazlığı qurtarmaq lazımdır. Bəs Ağsu İcra Hakimiyyəti cənab Cavid Qədirovdan soruşubmu ki, zələzlədən sonra necə oldu ki, dərahal özünə 16000 manata “TUKSON” markalı avtomobil, Bakının Biləcəri qəsəbəsində 58000 manat təmirli ev ala bilirsən, 27 sentyabrda Vətən Müharibəsi başlayanda isə öz oğlunu deyil, kasıbların övladlarına təzyiq etməklə müharibəyə göndərirsən. Camaat soruşanda ki, bəs Cavidin oğlu niyə Vətəni azad etməyə getmir? Qeyd edirsiniz ki, guya 24 yaşlı oğlu xəstə imiş. O zaman belə bir xəstə oğlunuzu niyə DTX-nın Ağsu Şöbəsinə işə düzəltdirmək-soxudurmaq üçün dərdən –qabıqdan çıxırsınız?Vətənə yarsız xəstə birisinin DTX sıralarında işə qəbulu nə dərəcədə düzgündür? Camaatımıza o da məlumdur ki, Cavid Qədirovun törətdiyi korrupsiya hərəkətləri barədə yuxarı orqanlara gedən şikayətləri ört-basdır etmək və vəzifəsində qalması üçün Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini cənab Füzulinin köməkliyindən necə istifadə etmişdir. Şikayətlərə görə düşdüyü külli-miqdarda ziyanın əvəzi olaraq guya mənə yaxın adamların yazdıqları şikayətləri mən təşkil etdiyimə görə mənim adımı da siyahıdakı 38-ci sıradan dəgər yaxınlarım kimi tamamilə çıxarıb silib. Əvəzində isə Xatman kəndində yaşayan iki bacının Dürdanə və Dürrə adlı xanımların evlərini pul qarşılığında tikib təhvil verməyi söz verib. Hələlik bir bacının evi tikilib, O birisi isə gözləyir. Əgər bir ay ərzində tikilməsə şikayət edib verdiyi pulu Caviddən geri tələb edəcəkdir. Cavid Qədirovun vaxtilə haradasa adını yazdırıb qiyabi təhsillə aldığı diplom da şübhəlidir. Bu adam danışığı, davranışı, heç ali təhsil alan birisinə bənzəmir. Öz xeyrindən başqa henə fikirləşə bilmir.

RƏSMİ MƏLUMATLARDA DEYİLİR:

Ağsuda, Şamaxıda baş verən hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Elə həmin gün dövlətimizin başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında Sərəncam imzalamışdı. Bundan sonra hər 3 rayonda dərhal tikinti və təmir işlərinə başlanmışdı.

Prezident İlham Əliyev: Söz verirlər ki, bir aydan sonra evin tikintisini başa çatdıracaqlar.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov: Bu ev bir aydan sonra hazır olacaq, bəlkə də tez.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına zəlzələ zonasında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, yaradılmış komissiyalar tərəfindən əhalinin müraciətlərinə əsasən indiyədək Şamaxıda 4893, Ağsuda 1461, İsmayıllıda 919 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244, Ağsuda 150, İsmayıllıda 97 ev kəskin qəzalıdır. Şamaxıda 1111, Ağsuda 265, İsmayıllıda 262 evin bərpa-gücləndirməsinə ehtiyac var. Şamaxıda 1800, Ağsuda 1022, İsmayıllıda 354 evin isə təmirə ehtiyacı var. Bütövlükdə bu rayonlarda 88 ev sökülməyə hazırlanıb, 65 ev sökülüb və sökülməyə başlanıb, həmçinin 38 evin tikintisi aparılır. Ümumiyyətlə, 491 ev qəzalı vəziyyətdədir.

Prezident İlham Əliyev: Yəni, hansılar ki, yenidən tikiləcək.

Kəmaləddin Heydərov: Bəli. Bunlar artıq sökülüb tikiləcək, 1665 ev bərpa olunacaq.

Prezident İlham Əliyev: Bəs qalan müraciətlər?

Kəmaləddin Heydərov: İndiyə qədər 7296 müraciət olub, onlardan 7264-nə baxılıb. On altı komissiya işləyir.

Prezident İlham Əliyev: Hələ komissiyaların işi davam edir?

Kəmaləddin Heydərov: Bəli, komissiyaların işləri davam edir. Çünki şikayətçilər bəzən deyirlər ki, bizimki bərpa deyil, qəzalıdır.

Prezident İlham Əliyev: Komissiya bu işlərə obyektiv baxsın.

Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verdi.”

Bəli, cənab Prezident ilkin olraq 2 milyon, sonra yenə işlərin davam etdirilməsi üçün əlavə 2 milyon və 3 milyon manat ayırmış və işlərin tamamlanması üçün də bir o qədər vəsait ayrırmışdır. Amma çox təəssüflər olsun ki, C.Qədirov kimi yerli məmurlar cənab prezidentin ayırdığı pullar hesabına yalnız özünə, dədəsinə, əmisinə, qaynına, dostuna və digər dost tanışlarına ev tikilməsi və bərpası üçün tərtib etdiyi siyahını Ağsu rayon İH-nin FH komissiyasına təqdim etmişdir.

Rəsmi məlumatdan da göründüyü kimi zonada zəlzələ zamanı baş vermiş dağıntılarla bağlı FHN naziri cənab Kəmaləddin Heydərov edilən 7264 müraciətin hamısına 16 komissiya tərəfindən baxıldığını prezidentə bildirmişdir. Deməli, yerli məmurlar prezidentin tapşırığını deyil, yalnız özlərinin və yaxınlarının xeyrinə qanunsuz işlərlə məşğul olmuşlar.

Mən, Qarabağ Müharibsi veteran, hazırda 18 il xidmət etdiyim DİO orqanlarından xəstəliymə görə 2020-ci ildən təqaüdə çıxmışam və ata evinə gəlmək istəyirəm. Amma evimiz köhnə və qəzalı vəziyyətdə olduğuna görə risk edib ailəmlə birlikdə yaşamaq istəsəm də uşaqlar razı olmurlar. Ona görə mən müharibədə 4 il can qoyub, sağlamlığımı itirib bu günə düşməliyəm ki, dövlət başçısının qəzalı vəziyyətə düşmüş evlərimizin təmiri üçün ayırdığı 7 milyon manat vəsaitləri haramzadalar mənimsəsin?

Hesab edirk ki, yerli dövlət məmurlarının bu hərəkəti iqtisadi cinayət və əxlaqsızlıqdır. Qəzalı vəziyyətə düşən kasıb sakinlərin evlərinin bərpası üçün dövlətimiz tərəfindən ayrılan külli-miqdarda vəsait kənd icra nümayəndəsi Cavid və qohum-əqrəbaları arasında pay-mal edilib talan edilmişdir. Nəticədə yerli məmurların özbaşnalığı biz sadə insanları dövlətdən məqsədli şəkildə narazı salırlar. Odur ki, cənab Prezident Sizdən çox xahiş edirk ki, korrupsiyalaşmış yerli məmurların hamısı barəsində son fəaliyyətləri barəsində aidiyyatı orqanlara dərhal tədbir görülməsi, və bizim yaşaması mümkün olmayan evlərimizə FHN-nin komissiyasının baxış keçirib təmir olunması üçün cavid qədirovların mənimsədiyi vəsaitlər hesabına həll edilməsinə göstəriş verəsiniz.Sağ olun.
Aktualinfo.org
Tarix: 15-01-2021, 16:33
Xəbəri paylaş



Xəbər lenti