Feodalizm dövrünü xatırladan Lerik rayonu: Rayonun adı var, avtovağzalı yoxdur - FOTOLAR

Feodalizm dövrünü xatırladan Lerik rayonu: Rayonun adı var, avtovağzalı yoxdur – FOTOLAR
Füsünkar təbiətinə, daxili turizm potensialına malik olan Lerik rayonu günü-gündən o, füsünkarlığını, o, əzəmətini itirərək tarixin arxivinə düşmək üzrədir. Bəli düz başa düşdünüz Lerik rayonu uzun illərdi ki, baxımsızlıqdan dilə gəlib deyir ki, məni diri-diri basdırın.
Mən bu rayonun sakini və media işçisi olaraq, gördüyüm özbaşınalığın biri haqqında söhbət açacam. İlk öncə qələmə aldığım yazı Lerikdə mərkəzi avtovağzalın olmamasındadır. Mən hələ rayonun kəndlərində olan şəraitsizlikdən, yolların bərbad olmağından danışmıram. Hamısın bir yerə yıxsam yenə sözüm bitib-tükənməz.
Mənə pis təsir edən odur ki, rayonda avtovağzalın olmaması bu rayona gələn turistlər, digər rayonların sakinləri üçün gülüşün yaranmasıdır. Ölkəmizin bir çox rayonlarına yolum düşəndə qarşıma çıxan ilk olaraq, rayonlarda olan mərkəzi avtovağzal olur. Həmin rayonların sakinləridə ağız dolusu ilə qeyd edirlər ki, “Sizi rayonumuzun avtovağzalından hansı istiqamətə aparaq”.Ancaq, Lerikə gələn turistlər, digər rayonun sakinləri çaşbaş qalırlar.Fikirləşirlər ki, bu rayonun avtovağzalı harda yerləşir.
Deyəndə ki, hələ yoxdur özlərində fikirləşirlər ki, yəqin feodalizm dövrünü özündə əks etdirən qədim bir rayona gəlmişik.
15 ildi rayona rəhbərlik edən icra başçısı Rövşən Bağırov rayonu ata-baba yurdu hesab edir. Sakinlərin ciblərinə girərək, halal pullarını talan etməsi günün bu günündədə davam edir. Başı bəlalı avtovağzalı olmayan rayona avtovağzal tikdirməkdə aciz qalan rayon rəhbərinin bircə əlacı ona qalıb ki, qapı-qapı düşsün rayon sakinlərindən pul yığsın, sakinlərin hesabına tikdirsin. İnanıram bu cür hərəkəti icra başçısından gözləmək olar. Belə yerdə atalar yaxşı deyib, “Utanmasan oynamağa nə var ki”.
Rayona düşmən kəsilən Rövşən Bağırova havadarlıq edən şəxslər onun haqqsız əməllərinə göz yumaraq, gözün üstündə qaşın var deyən yoxdur. Ətrafına yığdığı rayonun struktur rəhbərləridə ondan geri qalmayaraq, zəli kimi zəhmətkeş sakinlərin yaxasından yapışaraq, rüşvət almaqda davam edirlər. Özünü rayonun şahı hesab edən icra başçısı sakitcə heç nə olmamış kimi otağında oturaraq, ətrafındakıların hesabına büdcəsini artırmaqda davam edir.
Rövşən Bağırovdan ümidlərini üzən rayon sakinləri səs verərək Milli Məclisə deputat seçdikləri İqbal Məmmədova böyük inamlı idilər.İnanırdlar ki, İqbal Məmmədov onların səsinə səs verərək bütün problemləri həll edəcək. Deputatımız rayonda mərkəzi avtovağzal tikdirmək üçün təşəbbüs göstərəcək. Amma hər şey əksinə oldu. Seçkilərinə ümid dolu vədlər verən İqbal Məmmədov seçilən kimi çəkilib oturdu Milli Məclisdə kürsüsündə hər şeyi unutdu.
Yəqin görünür İqbal Məmmədovda rayonun icra başçısı Rövşən Bağırov kimi rayonu mərkəzi avtovağzalla təmin etməkdə acizlik çəkir.Yəqin rayonun sevimli deputatı İqbal Məmmədov rayona gələndə kəsmə yolla gəlir ki, rayonda avtovağzalın olmadığını görməsin. Özü ilə gətirdiyi rəsmi qonaqlarla da rayonun girəcəyinə yaxın yerdə yerləşən Relax İstirahət Mərkəzində istirahət edərək ordanda Bakıya gedir. Görünür deputatımız İqbal Məmmədov unudub ki, onu Lerik sakinləri seçib, o özü-özünü seçməyib.
Rayonumda avtovağzalın olmamasında ilk günahkar şəxsən Rövşən Bağırovdur. Rəhbərlik etdiyi rayonda mərkəzi avtovağzal tikdirməkdə acizdir. Demək rayonu düzgün idarəetməkdədə acizdir. Şərt icra başçısı olmaq deyil şərt seçildiyi rayonda sakinlərin hörmətin qazanıb, idarəçiliyini məqsədyönlü şəkildə aparmaqdır.
Bu sözlərim Lerik rayonundan Milli Məclisə deputat seçilən İqbal Məmmədovada şamil olunur.
Seçkilər zamanı əl-ayağa düşüb seçilməyinin xatirinə vədlər verməklə iş bitmir. Əsas seçildiyin rayonun seçilmiş deputatı olmaqdır.Düşünürəm bir rayona mərkəzi avtovağzal tikdirməkdə çətinlik çəkən Rövşən Bağırov və İqbal Məmmədov bəlkə sakinlərə müraciət etsin. Sakinlər öz hesabına tikdirsinlər başlıqda versinlər ki, “Vətəndaşların hesabına tikilən Lerik rayonun mərkəzi avtovağzalı”. Bəlkə o zaman sevimli deputatımız İqbal Məmmədov və Rövşən Bağırov azda olsa məsuliyyət hiss edərlər.
Diqqətə çatdırım ki, dövlət başçısı İlham Əliyev hər zaman xalqa müraciətində qeyd edir ki, hər bir məmurun əsas vəzifə borcu vətəndaşa düzgün, şərəfli şəkildə xidmət etməkdir.
Unutmayaq ki, ikinci Qarabağ müharibəsində bütün bölgələrdən olduğu kimi Lerik rayonundanda igidlərimiz döyüşlərə yollanaraq, düşmənə qan uddurmağı bacardılar. Şəhid verən, qazisi olan qəhrəman şəhərin avtovağzalsız qalması ürəkləri parçalayır.
Mən İlqam Cəbiyev Lerik sakini, bir mətbuat nümayəndəsi kimi icra başçısı Rövşən Bağırovun rayonumuzdan deputat seçilən İlqam Məmmədovun uzun illərdir ki, rayonda mərkəzi avtovağzalın olmamasına göz yummaları mənim vicdanımı susdura bilmədi. İnanıram ki, bu yazımdan sonra rayonun icra başçısı Rövşən Bağırov, deputatımız İlqam Məmmədov qəflət yuxusundan ayılaraq, uzun müddətdi həllini tapmayan problemin müsbət həlli üçün çalışacaqlar.
Qeyd edim ki, rayonun problemi tək bununla bitmir.Rayonda hələ də həllini tapmayan problemlərlə çoxdur.
“Doğru.az” olaraq, digər yazılarımda həllini tapmayan problemlərlə sizi agah edəcəm.



Tarix: 13-01-2021, 23:05
Xəbəri paylaş



Xəbər lenti