Sabirabadda icra başçısı haqsız çıxdı... - GİLEY

"55 hektar məndədir, bəs hanı kəndin mərkəzindəki 395 hektar?”
"Mənə məxsus təsərrüfatla bağlı edilən şikayətlərin heç bir əsası yoxdur. Mənim təsərrüfatım kənddən xeyli aralıda yerləşir”.
Bu sözləri "Ariz” Kəndli Fermer Təsərrüfatının rəhbəri Əli Bağış deyir.
Dekabrın 21-də Meydan TV Sabirabad rayonunun Əliləmbəyli kənd sakinlərinin şikayətini dərc edib.
Sakinlər kəndin kənarındakı otlaq sahəsinin bir-birinə qohum olan iki nəfərin əlində olduğunu deyirlər. Onların sözlərinə görə, 2001-ci ildə kəndin otlaq sahəsi "Ariz” Kəndli Fermer Təsərrüfatına 15 illiyə icarəyə verilib. 2016-cı ildə icarə müddəti başa çatsa da, sahibkar təyinatı otlaq sahəsi olan torpaqdan əkin sahəsi kimi istifadəyə etməyə başlayıb. Sakinlərin yerli qurumlara müraciətləri isə nəticəsiz qalıb.
Əli Bağış sakinlərin yalan məlumat verdiklərini deyir. O, söylədiklərini sənədlərlə də təsdiqləyir. Sənəddə göstərilir ki, şirkətin əvvəlki sahibi Bahəddin Cəfərovla Əliləmbəyli kənd bələdiyyəsi şurasının sədri Hümmət Həsrətov arasında 35 illik icarə müqaviləsi imzalanıb:
"”Ariz” şirkəti məndən əvvəl – 2001-ci ildə 35 illiyinə bələdiyyə ilə müqavilə bağlayıb. 2014-cü ilə qədər o ərazi ili 800 manata icarəyə verilib. Mən 2014-cü ildə subicarə ilə gəlmişəm və 2019-cu il, avqustun 21-də 100 faiz payla şirkəti almışam. Sırf sahibkar kimi fəaliyyət göstərirəm. Bələdiyyə vergisini də 2024-cü ilə qədər ödəmişəm. Deyilənlərin hamısı uydurma və yalandır, qərəzli və birtərəfli şəkildədir. Şirkəti mənim aldığımı biləndən sonra 2001-ci ildən verilən torpağa etiraz edirlər. Mən kimin torpağını almışam? O kəndin 450 hektar bələdiyyə torpağı var. Onun 55 hektarını mən götürmüşəm, 395 hektarı kimdədir? Mənim müəssisəm kənddən 3,6 km aralıdadır. Orda tövlələr, çoban evləri tikmişəm. Bu adamlar məndən nə istəyirlər? Gəlib audit etsinlər. Sahibkaram, əlimdə şəhadətnamə var ki, 35 il kənd təsərrüfatı məhsulları istehsal edə bilərəm. Müqaviləm 2036-cı ilə qədərdir. 4 rəsmi və mövsümi işçilərim var. Sıfırdan işə başlamışam və hazırda 700 baş xırda buynuzlu, 65 baş da iribuynuzlu mal-qaram var. Sənədlərimdə heç bir yanlışlıq yoxdur və o sənəd məhkəmə predmetidir. Mən məhkəməyə müraciət etmişəm. Yerli icra hakimiyyətindən də şikayətimi yazmışam. Çünki icra hakimiyyəti faktiki olaraq məni işləməyə qoymur. Onun tövsiyəsi əsasında mənim müəssisəmin protokolunu ləğv edib və məhkəmədə iddia qaldırıb”.
Sahibkar deyir ki, ona qarşı qalxanların əksəriyyəti bələdiyyə torpaqlarını zəbt edənlərdir: "Gah yazırlar 55 hektarımızı əlimizdən alıb, gah deyirlər guya mən SOCAR-ın əməkdaşıyam. Mən SOCAR-ın əməkdaşı deyiləm, birgə müəssisəsinin baş mühasibiyəm. 30 ildir neft sənayesində işləyirəm.
O adamlar yazır ki, onlar düz kəndin mərkəzində bələdiyyənin inkişaf torpaqlarını zəbt edib, pulla "kupça” alıblar. Mənim torpağım isə kənddən aralıdır. Yenə deyirəm, 55 hektar məndədir, bəs hanı kəndin mərkəzindəki 395 hektar? Bunu etmələri sırf paxıllıqdandır. Görürlər ki, mənim təsərrüfat müdirim işi hesabına maşın, ev əldə edib, düşünürlər niyə olsun”.
Əli Bağış deyir ki, bu adamlar təkcə şikayət etməyiblər, ona maddi ziyan da vurublar: "Heyvanları qış mövsümündən çıxarmaq üçün arpanı əkirsən, yanvardan martın 20-dək heyvanı orda otarırsan, sonra azot verirsən, iyunda da biçirsən. Dekabrın 4-5 və 7-də qoyunları mənə məxsus həmin o 3 km-lik sahəyə salıblar. "Bizə icra hakimiyyəti deyib” söyləyərək palçıqlı gündə qoyunları orda otarıblar. Bu, azmış kimi video çəkiblər, cənab prezidentin "noldu, Paşinyan?” fikrini də ora yazaraq paylaşıblar və məni Paşinyan kimi təqdim ediblər. Yağışlı havada qoyunu ora buraxmaq əkini məhv etmək deməkdir. Sadəcə qisasçılıq hissidir və bunu da etdilər”.
Sabirabad Rayon İcra Hakimiyyəti Meydan TV-yə kəndlilərin tələblərində haqlı olduğunu, Əliləmbəyli kənd bələdiyyəsi isə icra müqaviləsinin ləğvi üçün Sabirabad Rayon Məhkəməsinə müracət etdiyini bildirib.
Tarix: 2-01-2021, 13:45
-
Bu gün, 11:01
Hörmüz boğazı yenidən bağlanıb
-
Bu gün, 10:58
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
-
Bu gün, 10:54
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
-
Dünən, 22:28
Qarabağ adı altında qanunsuz toplanan milyonlar- “Azərişıq” sənədsiz fərdi evləri, obyektləri necə və neçə minə sayğaclaşdırır!
-
Dünən, 22:21
Tanınmış vəkildən qalmaqallı iddia: Əli Əsədov xəbərindən sonra məmurlar falçı qapısında milyonlar xərcləyir!
-
Dünən, 21:46
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
-
Dünən, 21:43
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
-
Dünən, 21:42
Deməli, bu məmurlar ölkə iqtisadiyyatını inkişaf etdirmək əvəzinə öz şəxsi iqtisadiyyatlarını çiçəkləndirirlər
-
Dünən, 21:40
“Salyan Aqro Park”ı fermerlərin ödənişini vermir.. Yalçın Camalov subsidiya vermədiyi əsas gətirilir …. VİDEO
-
Dünən, 09:45
Abdin Fərzəliyevlə Hacı Məhərrəm “My Beach” restoranının ərazisini genişlədirir - VİDEO
-
Dünən, 09:39
Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma
-
17-04-2026, 23:17
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar …
-
17-04-2026, 23:16
Mossad İranda nə etməyi planlaşdırır: Gizli əməliyyatları genişləndirmək və...
-
17-04-2026, 22:38
Zakir İbrahimovun oğlunun mediadakı arxivi: "Qızıl Oğlan", Şübhəli Tenderlər və "PP" Seriyalı Lüks Həyat
-
17-04-2026, 22:27
Bakıda mühüm yenilik: Əliyev məsələ qaldırmışdı, ölkənin rolu dəyişdi
-
17-04-2026, 22:12
Gigiyena və Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü
-
17-04-2026, 22:07
Əli Əsədovun biznes və tikinti imperiyası...-FOTO/ VİDEO
-
17-04-2026, 22:06
AAYDA-nın İdarə rəisi niyə təşviş içindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib
-
17-04-2026, 15:53
Kamaləddin Qafarovun şirkətləri 4 ayda 16 milyonluq tender qazanıb?
-
17-04-2026, 15:44
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
-
17-04-2026, 11:34
"DİM dövlətin qurumudur, kiminsə şəxsi müəssisəsi deyil" - İlqar Orucovdan sərt REAKSİYA
-
17-04-2026, 11:24
13 milyonluq mənfəət, yoxsa 251 milyonluq likvidlik kəsiri? – "AccessBank"-da nə baş verir?
-
17-04-2026, 11:22
Təhsil sistemində NƏLƏR BAŞ VERİR?.. - İLGİNC İDDİALAR
-
17-04-2026, 11:12
Şamaxı səhiyyəsində MÖCÜZƏLİ RƏHBƏR - TƏBİB-in köhnə şefi bilirdi... təzə şef də indi BİLDİ!
-
17-04-2026, 11:08
Tibbi sığorta: KAĞIZ ÜZƏRİNDƏ GÖZƏLDİR... - AMMA REALDA...
-
17-04-2026, 10:09
“Neqodnı”lar hərbi xidmətə çağırılacaq?
-
17-04-2026, 10:01
Qərbin sərhədimizdə “yumşaq nəzarət” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
-
17-04-2026, 08:23
ABŞ ordusu İranla əlaqəli 13 gəminin ələ keçirildiyini açıqlayıb
-
17-04-2026, 08:21
Bu agentliydə qalmaqallı iclas - Eşqi Bağırovun sərt çıxışı nəyə hesablanıb?
-
17-04-2026, 08:15
Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb