"Mən Zülfiqarov Qüdrət Əlisan oğlu Göyçay rayon Şahsoltanlı kənd sakiniyəm sahibkaram kənd təsərüfatı texnikalarım var". Neqativ.com bildirir ki, bu barədə redaksiyamıza edilən müraciətdə bildirilir.Narazı sahibkar daha sonra yazır: "İki ildir ki İsmayıllı rayon İvanovka kolxozuna kənd təsərrüfatı işləri görmüşəm. Lakin pulumu və müqavilə ilə mənə borclu olduqları 20 ton arpanı ala bilmirəm. Hər dəfə 5800 manat pulumu və 20 ton arpamı istəyəndə kolxozun sədr müavini Vasili mənə bildirir ki, İsmayıllı icra başçısı anbarı açmağa icazə vermir Dəfələrlə aidiyyatı qurumlara müraciət etsəm də, icra başçısı işin arxasında olduğu üçün şikayətlərim ört-basdır edilir. Hətta mənim əvəzimə fakturaya saxta imza da çəkiblər.
Mən mətbuat vasitəsi ilə ölkə rəhbərliyinə müraciət edərək xahiş edirəm, məsələnin həll olunması üçün müvafiq köməkliklər göstərilməsi üçün tapşırıqlar verilsin. Bu dediklərimi təsdiq edən səs yazıları da var ki kolxoz sədrinin müavini dediklərimi təsdiq edir".
İddia olunanlarlaa bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 10-12-2020, 10:32