Beyləqanın icra başçısı ittiham olunur... - İLGİNC
Bütün dünyada olduğu kimi, ölkəmizdə də son vaxtlar koronavirusa yoluxma göstəricisi artıb. Bu tendensiyanı Covid-19-un adətən payızda geniş yayılan mövsümi xəstəlikləri müşayiət etməsi gücləndirirsə, söz yox ki, 44 gün davam edən Vətən müharibəsi zamanı insanların hər gün eşitdikləri qələbə xəbərlərinin sevincini yaşayarkən karantin tədbirlərinə səhlənkar yanaşmaları da az rol oynamayıb.
Vətəndaşlara epidemiyaya qarşı tədbirlərin əhəmiyyətini xatırlatmaq üçün bu müstəvidə qayda pozuntularına yol verən vəzifəli şəxsləri sərt şəkildə cəzalandırmaq siyasətini indi – müharibə qələbəmizlə bitəndən sonra da davam etdirmək lazımdır. Çünki onlar öz hərəkətləri ilə sadə vətəndaşlara örnək, nümunə olmalıdırlar. Daha haqqında söz açdığımız Arzu Bəndəliyev kimi yox.
Xatırlayırsınızsa, 10 Avqust 2020-ci il il tarixdə Beyləqan Rayon Polis Şöbəsinə rayonun Allahyarlı kəndində yas mərasiminin keçirilməsi barədə daxil olmuş məlumat əsasında polis şöbəsinin əməkdaşları dərhal həmin ünvana gedərək və orada karantin rejiminin qaydalarının pozulduğunu aşkar etmişdilər. Mərasim dayandırılmış və orada olanlardan 8 nəfər (bəziləri var ki, adları bizə bəllidir) polis şöbəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunmuşdular. Həmin hadisəyə görə Allahyarlı kənd ərazi icra nümayəndəsi və kəndin Bələdiyyə sədri də işdən kənarlaşdırıldı.
Təbii ki, bu cür sərt tədbirlərin görülməsi təqdirəlayiqdir. Əgər bir məmur ki, sadə vətəndaşlara nümunə göstərməli olduğu halda özü ölkədə tətbiq olunan karantin qaydalarına qarşı çıxırsa, onu qulaqardı edirsə, əlbəttə ki, onun üçün ən yaxşı yalda vəzifədən getməsidir. Ancaq görünən odur ki, bu məsələdə, yəni, belə məmurlara münasibətdə ayrı-seçkilik var.
Sözügedən hadisədə əslində Allahyarlı ərazi vahidi üzrə icra nümayəndəsi Ramin Əliyevin suç daşıdığını isbatlamaq çətindir. Həmin vaxt o, Beyləqan RİH-də keçirilən iclasda olub, yas mərasimində iştirak etməyib. RİH başçısı onun işdən çıxma barədə da ərizəsini alıb ki, guya hüzr yiyəsinin yas mərasimi təşkil etməsindən xəbəri olub, göz yumub, şərait yaradıb. Bir sözlə, başçı nümayəndə ilə işləmək istəmədiyini niyyət kimi ortaya qoyubsa, çəkişməyə dəyməz. Bu gün olmasa da, sabah başqa bir “səbəb” tapıb məqsədinə nail olacaq.
Bu günlərdə isə əldə etmişik ki, Beyləqan rayon Kommunal Müəssisələr Təsərrüfatının müdiri Arzu Bəndəliyevin də adı həmin yas mərasimində iştirak edənlər və polisin tutub şöbəyə gətirdiyi, hətta barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilənlər sırasında çəkilir. Baxmayaraq ki, Arzu Bəndəliyev də bələdiyyə sədri kimi karantin qaydalarından irəli gələn qadağaları qulaqardına vurub. Ancaq nə əcəbsə, aqibəti işdən çıxarılmış icra nümayəndəsi və bələdiyyə sədri kimi olmadı.
Görünən odur ki, Arzu Bəndəliyevi qoruyan sehrli “əl” var. Görəsən, nə dərəcədə doğrudur ki, eyni əmələ görə iki vəzifəli şəxs vəzifəsindən azad edilir, üçüncü şəxsə isə “gözün üstə qaşın var” deyən yoxdur? Olmaya, Arzu Bəndəliyev hansısa xüsüsusi imtiyaza malikdir? Hər halda belə bir ayrı – seçkiliyin özəl səbəbləri olmamış da deyildir. Arzu Bəndəliyevin “mən nə edirəmsə, icra başçısının əli ilə edirəm” deməsi bir çox suallar yaradır.
Düzdür, hələki Arzu Bəndəliyevin icra başçısının əli ilə nə edib, nə etmədiyini demək bizim üçün çətin olsa da, lakin bir bildiyimiz məqam da odur ki, yas mərəsimində iştirak etməsi səbəbilə barəsində inzibati protokol tərtib edilmiş Arzu Bəndəliyevi hələ də icra başçısı işlədir. Əgər məsələ inzibati protokolla həll olunurdusa, taa icra nümayəndəsi və bələdiyyə sədri niyə işdən azad edilirdi ki?!.. Onlarıda inzibati qaydada cəzalandırmaqla məsələnin üzərindən sükutla keçmək olmazmıdır? Olmazdırsa, onda niyə Arzu Bəndəliyev də vəzifəsindən kənarlaşdırılmayıb? Olardısa da, onda niyə icra nümayəndəsi və bələdiyyə sədri vəzifələrindən kənarlaşdırıldı. Odur ki, Arzu Bəndəliyevi digər iki vəzifəli şəxsdən fərqləndirilməsinin mümkün səbəbləri barədə fikirləşəndə ilk ağıla gələn versiya hər üç vəzifəni, onları daşıyan şəxslərin gəlirlərini tutuşdurmaq olur. Heç kimə sirr deyil ki, indi yerli icra nümayəndələri ilə bələdiyyə sədrlərinin qeyri-leqal gəlirləri əvvəlki dövrlərdə olduğu kimi deyil. Çünki onların əli, imzaları ilə bazarlaşdırılan əsas obyekt – dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri çoxdan satılıb, uzun müddətə istifadəyə, icarəyə verilib. Fərqli olaraq, Arzu Bəndəliyevin idarəsində yemək və yedizdirmək üçün hələ xeyli resurs vardır.
Maraqlıdır ki, hansı səbəblərdən icra başçısı Arzu Bəndəliyevə üstün imtiyaz tanıyıb.
İnanırıq ki, bu və digər suallara aydınlıq gətirmək üçün icra hakimiyyətinə ünvanladığımız rəsmi sorğu məktubumuza RİH başçısı cənab Asif Ağayevin cavabı özünü ləngitməyəcək.
Tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
RealMedia.az
Tarix: 21-11-2020, 13:52
-
Bu gün, 21:58
Anar Bayramov öz adamlarını TƏBİB-ə yığır - Daha bir dostuna vəzifə verdi
-
Bu gün, 21:47
TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır - Raminlə, Vüqarla, Anarın nə fərqi?...
-
Bu gün, 21:44
Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
-
Bu gün, 21:22
SOCAR ərazisində tikinti aparan Rövşən kimdir? VİDEO
-
Bu gün, 21:15
Məktəblilərin intellektual yarışı: "HedaCore JR Çempionatı – Yaz mövsümü 2026" uğurla başa çatdı! -FOTO
-
Bu gün, 21:10
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "AZNEKTARİN" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
Bu gün, 21:04
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin memorandum şousu... - nəticəsiz "uğur" təqdim edilir (FOTOLAR)
-
Bu gün, 21:01
Azərbaycanda hansı rayonda nə qədər qazi var? - SİYAHI
-
Bu gün, 20:57
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Xoruzlu kəndində "PATRON" MMC-yə məxsus günəbaxan tumlarının emalı müəssisəsi ilə tanış olub
-
Bu gün, 20:55
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib
-
Bu gün, 08:00
Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...
-
Bu gün, 07:58
TƏBİB-in İcraçı direktorunun müavinlərindən biri Araz Nəsirov da getdi ...
-
Bu gün, 07:34
Naxçıvan Hava Limanının vəzifəli şəxslərinə cinayət işi açılıb
-
Dünən, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
Dünən, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
Dünən, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
Dünən, 23:10
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
Dünən, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
Dünən, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
Dünən, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
Dünən, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
Dünən, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 12:47
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
-
Dünən, 12:44
“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu
-
9-06-2026, 22:02
Ankara hesablayır, Bakı əsəbiləşir: Paşinyan niyə problemə çevrildi?
-
9-06-2026, 21:54
Ekspert rəyi, yoxsa sifarişli narrativ? - BBC-nin görünməyən tərəfləri
-
9-06-2026, 21:46
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO
-
9-06-2026, 21:44
QHT-lərə Dövlət Dəstəyi Agentliyində gözlənilməz ayrılıq - iki layihə meneceri vəzifədən gedib