Hindistana xəbərdarlıq etdi: “Pakistana məxsus suyun hər damcısı qırmızı xəttimizdir”

Pakistanın Baş naziri Şahbaz Şərif 2025-ci ilin may ayında Hindistanla baş verən toqquşmalar və iki ölkə arasındakı gərginliklə bağlı sərt bəyanatla çıxış edib.

EDnews xəbər verir ki, Baş nazir silahlı qüvvələrin fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, feldmarşal Asim Munir düşmənin gözünün içinə baxaraq onun qürurunu həmişəlik sındırıb:

“Silahlı qüvvələrimizin onun cəsarətli və enerjili rəhbərliyi altında düşməni darmadağın etdiyi şücaət tarixdə əbədi qalacaq. Biz şərəf və ləyaqətə əsaslanan sülhün tərəfdarıyıq və bu regionda sabitliyin zəmanətinə çevrilmişik”.

Şahbaz Şərif Hindistana xəbərdarlıq edərək onların aldığı məğlubiyyəti unutmamasının vacibliyini qeyd edib:

“Əgər gələcəkdə kimsə – hətta səhvən də olsa – Pakistanın suverenliyinə və təhlükəsizliyinə təhdid yaratmağa cəsarət edərsə, cavabımız 2025-ci ilin mayında olduğundan daha sarsıdıcı və güclü olacaq”.

Baş nazir həmçinin Hindistanın Hind Suları Sazişi (İndus Su Müqaviləsi) haqqında müqaviləni birtərəfli qaydada dondurmasını qanunsuz addım adlandırıb:

“Keçənilki müharibədəki məğlubiyyətdən sonra Hindistan Hind suları haqqında müqavilənin fəaliyyətini birtərəfli və qanunsuz şəkildə dayandıraraq sülhün düşməni olduğunu sübut etdi. Tamamilə aydın bəyan edirəm: Pakistana məxsus suyun hər bir damcısı bizim qırmızı xəttimizdir. Əgər Hindistan ağlını başına toplamazsa, adekvat və birbaşa cavabımız gələcək”.

Tarix: Bu gün, 09:33
Xəbəri paylaş



Xəbər lenti