
Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon Polis Şöbəsinin rəisi Rüfət Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ruslan Əhmədovla birlikdə Səhləbad kəndində birinci Qarabağ müharibəsinin ikinci dərəcəli əlili Ağayev Alış Musa oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, birinci Qarabağ müharibəsinin əlili Ağayev Alış Musa oğlu 1966-ci ildə Tərtər rayonunun Səhləbad kəndində anadan olmuşdur, o birinci Qarabağ müharibəsi zamanı Ağdərə uğrunda gedən döyüşlərdə yaralanmışdır. Ona dövlət tərəfindən II dərəcə əlillik təyin edilmiş və mənzillə təmin olunmuşdur.
Qarabağ müharibəsi əlili şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
