
Odessa vilayətində sərnişin qatarına reaktiv pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəfli zərbə endirilib.
Musavat.com xəbər verir ki, Odessa–Dnepr marşrutu üzrə hərəkət edən qatarın lokomotivinə PUA dəyməsi nəticəsində dəhşətli faciə baş verib, maşinist və onun köməkçisi hadisə yerində həlak olub.
Qatarda olan 340 sərnişin və qatar heyəti dərhal təhlükəsiz zonaya təxliyə edilib.
İlkin məlumatlara görə, sərnişinlər arasında xəsarət alan olmayıb.
Hazırda təxliyə olunmuş şəxslər xüsusi ayrılmış avtobuslarla Odessaya çatdırılır.