"Taliban" çadra taxmayan qadınları edam etməyə başladı - FOTO



Avqustun 15-i (bu il) Kabulu ələ keçirən və Əfqanıstanın de-fakto idarəçiliyini ələ alan "Taliban" Takhar əyalətində bir qadını çadra taxmadığına görə edam edib.

Musavat.com xəbər verir ki, hadisənin görüntüsü sosial mediada geniş yayılıb.

Hazırda demək olar ki, bütün dünyanın gözü qısa müddətdə  Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban"dadır. Sivil əhali ölkəni tərk etməyə çalışır, "Taliban" isə onları xoş vədlərlə getməməyə çağırır. 
Ötən günlrədə açıqlama verən "Taliban" səlahiyyətliləri qadınların şəriət qaydaları çərçivəsində iş və təhsil həyatına qatıla biləcəklərini söyləyib.  "Taliban" sözçüsü onu da bildirib ki, qadınlardan çadra taxmaq tələb olunmasa da, hicab məcburidir.
Taliban'dan hırsız olduğunu iddia ettikleri adama işkence: Siyah katrana bulayıp meydanda gezdirdiler
Lakin bütün çağırışların fonunda "Fox News" telekanalının verdiyi məlumata görə, Əfqanıstanın Takhar əyalətində bir qadın çadra taxmadığına görə "Taliban" silahlıları tərəfindən güllələnib. Bu görüntülər Əfqanıstanda baş verənləri narahatlıqla izləyənlər tərəfindən qorxu ilə qarşılanıb.

Sosial mediada da yayımlanan foto minlərlə insan tərəfindən paylaşılıb və qısa müddətdə gündəmə çevrilib. Sözügedən edamın dünən baş verdiyi bildirilir. 



Tarix: 18-08-2021, 17:22
Xəbəri paylaş



Xəbər lenti