FHN qarşısında AKSİYA: Kəmaləddin Heydərovdan kömək istənildi - VİDEO






[media=https://www.youtube.com/live/Zc3xlHHJZAE]

İyulun 1-də Bakının Yeni Günəşli ərazisində yerləşən "Sahil - S İnşaat" MTK-nın sakinləri Fövqəladə Hallar Nazirliyinin qarşısına toplaşıb.
Anaxeber.info.az bildirir ki, FHN önünə gələn sakinlər yaşadıqları binanın istismara götürülməsi üçün qəbulda olub. Onlar xahiş ediblər ki, istismar aktı verilməsi   və mənzillərə Çıxarış alınması üçün vətəndaşlara köməklik olunsun. Sakinlər məlumat veriblər ki, onlar MTK rəhbərliyinin dələduzluq cinayətinin qurbanı olublar. Lakin həmin şəxslərin həbsindən sonra binanın yarımçıq qalan işləri dövlətin köməkliyi ilə həllini tapıb. Hazırda binanın qaz, su, işıq təminatı var. Sakinlər bildirirlər ki, istintaq dövründə binaya aid "yaşıl kitab" yoxa çıxıb, MTK rəhbərliyi tərəfindən götürülüb-
götürülmədiyi məlum deyil. Sakinlər bu məsələdə ciddi problem yaşadıqlarını, həmin "yaşıl kitab"ı tapa bilmədiklərini qeyd ediblər. Onlar nazir Kəmaləddin Heydərovdan bu məsələdə dəstək olmasını xahiş ediblər.
Qeyd edək ki, binada 165 mənzil var. Sakinlər 165 ailənin üzünün gülməsi, onlara sevinc bəxş olunması üçün FHN rəhbəri Kəmaləddin Heydərovun diqqətinə, həssas münasibətinə ümid bəsləyirlər. Sakinlərin sözlərinə görə, binanın tikintisi, normativlər, qaydalara riayət olunması cəhətdən heç bir problemi yoxdur. Hazırda üç lift işləyir, daimi kommunal xidmət var. Sadəcə, MTK rəhbərliyinin onları aldatması və zərərə salması indiyə qədər binanın istismara götürülməsini yubadıb. Ancaq hazırda istismar aktı verilməsi, yaranmış problemlərin həlli üçün FHN rəhbərliyi istisna yardımı göstərə bilər. Nazirlikdə olan sakinlər qəbulda deyiblər ki, onlar cənab Kəmaləddin Heydərovun 165 ailəni sevindirən addım atmasını gözləyəcəklər. Sakinlər qeyd ediblər ki, indiyə qədər I vitse-prezident Mehriban Əliyeva, Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi onların bir sıra problemlərinin həllinə dəstək olub. İndi də binanın istismara götürülməsi və mənzillərin Çıxarış əldə etməsi üçün FHN-dən mədəd umurlar.
Anaxeber.info.az
077 271 55 66

Tarix: Bu gün, 18:19
Xəbəri paylaş



Xəbər lenti