
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dəmirçilər kəndində Birinci Qarabağ müharibəsi şəhidi Səfərov Elnur Salman oğlunun anası Mirzəyeva Ətlas Hüseyn qızının yas mərasimində iştrak edib. O, mərhumənin yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, şəhid Səfərov Elnur Salman oğlu 1975-ci il iyun ayının 4-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində almışdır. Hərbi xidmət yaşı catdıqdan sonra 1993-cü ilin iyul ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. N saylı hərbi hissənin əsgəri kimi Zəngilan bölgəsində xidmət edirdi.
31 oktyabr 1993-cü il tarixdə Zəngilan rayonunun Mincivan kəndi uğrunda gedən döyüşdə şəhid olub.
Subay idi. Dəmirçilər kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
