
Bir neçə gün əvvəl TƏBİB-in yeni sədrinin Respublika Neyrocərrahiyyə İnstitutunun direktoru Fərhad Həsənovu işdən azad etməsinə dair yayılan məlumatlar təsdiqini tapmayıb.
AXS.az xəbər verir ki, gununsesi-nin araşdırması zamanı məlum olub ki, hələ ötən ay Fərhad Həsənovdan işdən getməsi üçün könüllü ərizə yazmaq tələb olunsa da, o, bununla razılaşmayıb. Sonradan məzuniyyətə yollanan Fərhad Həsənovu ötən müddət ərzində işdən kənarlaşdırmaq mümkün olmayıb. Mənbənin sözlərinə görə, bir neçə gün əvvəl yenidən işə çıxan direktora növbəti dəfə ərizə yazması təklif edilib. Lakin Fərhad Həsənov bu dəfə də TƏBİB rəhbərliyinin tələbini rədd edib. Məlumatda o da bildirilir ki, TƏBİB rəhbərliyi Respublika Neyrocərrahiyyə İnstitutunda yoxlamalar təşkil etmək və direktorun fəaliyyətini təftiş etmək qərarına gəlib. Məsələ ilə bağlı sayt Fərhad Həsənovun mövqeyini öyrənmək istəsə də, direktor ona edilən zəngləri cavabsız qoyub.