Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli, 386 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə” təsdiq edilib. Həmin Əsasnamədə qeyd edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Ölkə də kifayət qədər iaşə və digər obiyektlər fəaliyyət göstərir. Təbii ki, qanun çərçivəsində sahibkar fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir və bu istiqamətdə lazımı dəstək də nümayiş etdirilir. Lakin bəzi obiyekt sahibləri sui-istifadə hallarına yol verməklə daha çox qazanc əldə etmək istəyir. Məsəl üçün qeyd edə bilərik ki, İşəgötürmə və digər məsələlər tam nəzarətsiz qaldığı halda heç bir əmək məcəlləsindən söhbət belə gedə bilməz. Əslində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti üzərinə düşən vəzifəni tam maneəsiz həyata keçirən orqandır. Lakin son illər xidmətin qarşısına qoyulan məhdudiyyətlər heç də anlaşılan deyil. Belə olan halda obiyektdə işləyən əməkdaşın hüquqları kobud şəkildə pozulmuş olur. Bu cür faktlar və sübütlar kifayət qədərdir. Yasamal rayonu 2-ci Alatava ərazisində fəaliyyət göstərən "Min Kənd" kafesi kim və kimlər tərəfindən "mühafizə" olunur" Nə üçün kafedə işləyən xidmətçi və digər işçilərin əmək müqaviləsi olmadan işlə təmin olunub? Ümumiyyətlə əhaliyə xidmət göstərən həmən işçilərin sağlamlığı, əmək müqaviləsi aidiyyəti qurumlar tərəfindən yoxlanılmır? Xadimə işləyən xanım hansı haqla kafeyə gələn müştərilərə yemək hazırlamalıdır? Bütün məsüliyyət tək Dövlət Əmək Müfəttişliyi Xidmətinin üzərinə yıxmaq da doğru deyil. Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin vəzifəli şəxsləri də üzərlərinə düşən fəzifəni icra etməkdən çəkinir. Bu istiqamətdə Dövlət Vergi Xidməti də(DVX) aktiv olmalıdır.
Əgər yuxarıda göstərilən ünvanda kafenin fəaliyyəti ciddi şəkildə nəzarətə götürülməsə deməli qanunsuzluqlara şərait yaradan şəxslər bir başa qurum rəhbərləridir. Yox, əgər obiyektlərin qanunsuz fəaliyyətlərindən məlumatsızdırlarsa, deməli istər Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbər şəxsləri, istərsə də Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi qanunları kobud şəkildə pozanların qarşısını almaqda maraqlı deyillər.
Demiryumruq.az olaraq bildirmək istəyirik ki, bundan sonra da qanunsuz fəaliyyət göstərən obiyektlər saytımız tərəfindən araşdırılacaq.
Araşdırmalarımız davam edir.