
Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Kəbrli kəndində Vətən müharibəsi şəhidi Hüseynov Elnur Əhliman oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Görüşdə Vətən müharibəsi şəhidi Əziov Ayşadın atası Qaryağdı Əzizov, Vətən müharibəsi əlili Nahid Qasımov, Birinci Qarabağ müharibəsi şəhidi Vüqar Cəfərovun övladı İlqar Cəfərli, kənd ağsaqqalı Rəfayıl Hüseynov iştrak edib.
Elnurun keçdiyi döyüş yolundan danışan rayon rəhbəri onun qısa, lakin mənalı ömür yolunun gənclərə vətənpərvərlik hisslərinin aşılmasında mühüm rol oynadığını bildirib. Qanları ilə tarix yazan torpağı Vətənə çevirən Azərbaycanın Elnur kimi oğullarının unudulmadığını bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Hüseynov Elnur Əhliman oğlu 1990-cı il aprelin 16-da Tərtər rayonunun Kəbirli kəndində anadan olub. Noyabrın 11-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 14-də Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub. Onun özündən sonra 2 qız övladı yadigar qalıb.
Şəhid Hüseynov Elnur 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif olunub.
Şəhidin doğulub boya-başa çatdığı Kəbirli kəndində onun adına bulaq inşa edilib, ailəsi üçün “Rövşənoğuz Mühəndislik” MMC tərəfindən Kəbirli kəndində yeni ev tikilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı versin!