Kredit faizləri "qırmızı xətt"ə yaxınlaşır: Azərbaycanda bank sektorunu nə gözləyir? - VİDEO



Azərbaycanda yeni verilmiş kreditlərin orta faiz dərəcələri son aylarda azalma tendensiyası nümayiş etdirsə də, cari ilin iyun ayında yenidən artım qeydə alınıb.

 

Baku TV-nin məlumatına görə, maraqlı məqam ondan ibarətdir ki, eyni dövrdə depozit və əmanətlərin orta faiz göstəricilərində azalma müşahidə olunub. Belə ki, may ayında 17.92% təşkil edən kreditlərin orta faizi iyun ayında 18.3%-ə yüksəlib. Əksinə, mayda 7.99% olan depozit faizləri iyun ayında bir qədər də azalaraq 7.96%-ə düşüb.

 

Qeyd edək ki, kreditlər əsasən depozitlər hesabına formalaşır. Azərbaycan Mərkəzi Bankının son məlumatlarına görə, depozit portfelinin 45.2%-i fiziki şəxslərin vəsaitlərindən ibarətdir.

 

Bəs depozit faizlərinin azalması fonunda kredit faizlərinin bahalaşması nə ilə bağlıdır?

 

İqtisadçı Xalid Kərimli izah edir ki, depozit faizlərinin aşağı düşməsi kredit faizlərinin də mütləq şəkildə azalacağı anlamına gəlmir:

 

"Məsələ burasındadır ki, depozit faizi bankın resurs cəlbetmə xərci, kredit faizi isə həmin resursların satış qiymətidir. Depozit faizləri müxtəlif səbəblərdən, o cümlədən vəsait yerləşdirmək istəyən depozitarların çoxluğu fonunda düşə bilər. Yəni bankın əlavə resursa ehtiyacı olmadıqda, o, depozit faizlərini aşağı salır. Beləliklə, depozit faizlərinin aşağı səviyyədə qaldığı bir şəraitdə belə, müxtəlif amillər təsiri ilə kredit faizləri yüksələ bilər".

 


Tarix: Bu gün, 09:22
Xəbəri paylaş



Xəbər lenti