Özünü
Milli Fədailərin sədri adlandıran
Fuad Muradov, ictimai fəal
Bəxtiyar Hacıyevin şərəf və ləyaqətini təhqir etməklə yanaşı öz özünü önəmli şəxs hiss etməsi üçün
DTX adından səhifə açaraq cavablamağdan belə qorxmur. Postuna cavab yazan səhifə isə
DTX ya məxsus deyil və bir başa
Fuad Muradov tərəfindən idarə edilir. Və guya öz özlüyündə
DTX-a “məsləhət verir”.
Deməli bu şəxs, Bəxtiyar Hacıyevi bir qrup vətən xaini ilə əlbir olub, dövlətin gördüyü işlərə kölgə salmaqda suçlayır. Guya Bəxtiyar Hacıyev hər hansı xarici xüsusi xidmət orqanlarından bəzi tezislər alır. Bunu qoyduq bir kənara.
Görəsən Bəxtiyar Haciyevin “arxasında olanlardan” danışan
Fuad Muradov “arxa dayağı” kimdir ki, o, dövlətin təhlükəsizliyini qoruyan bir qurumun adında səhifə açaraq onu bəh-bəhlə işlədir. İnsanları hədələyir və reytinq qazanmağa çalışır.
Qeyd edək ki, “milli fədailərin sədri” daha öncə də şəhid ailələrinə qarşı təhqiramız ifadələr işlətməklə mətbuatın gündəminə gəlmişdi.
Güman edirik ki. məsələ ilə bağlı
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölçü götürəcək.
Hokm.az fotoları təqdim edir :
Tarix: 4-08-2020, 08:20