Əməkdar artist Almaz Ələsgərli erməni müğənninin repertuarına müraciət edib. UlduzumSan.Az kulis.az-a istinadla xəbər verir ki, Əməkdar artist erməni bəstəkarı Vigen Şakaryanın bəstələdiyi və Artur Amiryanın ifa etdiyi “Da zdravstuet lyubov” adlı mahnını şoumen Emil Heydərovla birlikdə ifa ediblər. Qeyd edək ki, müğənni sözügedən mahnını Atv, Xəzər kanallarında ifa edib.