Azəriqaz” İB-də hansı oyunlar gedir? - fəhlə ştatları əvəzinə usta ştatları yaradılması və bu zamanı ayrı-seçkiliyə yol verilməsi kimə lazımdır?

Azəriqaz” İB-də hansı oyunlar gedir? - fəhlə ştatları əvəzinə usta ştatları yaradılması və bu zamanı ayrı-seçkiliyə yol verilməsi kimə lazımdır?
"Yazırlar ki,
“Azəriqaz” İB üzrə 460 nəfər usta ştatına yerləşdirilən işçilərə 2026-cı ilin yanvar ayı ərzində ümumilikdə 764 700 AZN əməkhaqqı hesablanmışdır. Bu isə hər işçiyə orta hesabla 1 660 AZN əməkhaqqı düşməsi deməkdir."
TEREF yazır ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin sədri Mirvari Gahramanli yazır.Daha sonra Mirvari xanım yazır:
"Bu vəziyyət haqlı olaraq ciddi suallar doğurur:
-fəhlə ştatlarının kütləvi şəkildə ləğv edilməsi, onların əvəzində usta ştatlarının yaradılması və işçilərin bu ştatlara yerləşdirilməsi zamanı ayrı-seçkiliyin tətbiqi kimin təşəbbüsü ilə həyata keçirilmişdir?
Nəticə etibarı ilə sonda bu təşəbbüs sayğac əməliyyatları üzrə çilingər sayının azaldılması , xidmətlərin keyfiyyətinə, təhlükəsizliyə və istehlakçı məmnunluğuna birbaşa təsir göstərir!
Mirvari Gahramanli"
TEREF
Tarix: 18-02-2026, 21:36
Xəbəri paylaş



Xəbər lenti