
Göy kaskalı Qara fəhlə Əliyev
Zamiq Qüdrət oğlu tərəfindən
Siyəzənnfet NQÇİ nin işçilərinə
MÜRACİƏT
Hörmətli Siyəzənneft NQÇİ-nin zəhmətkeş
işçiləri
Bu müraciəti Sizə bir həmkar, işçi,fəhlə eyni zamanda da bu sahənin ağrısını yaşayan, taleyini Siyəzənneft NQÇİ ilə bağlayan bir insan kimi ünvanlayıram.
Siyəzənneft NQÇİ bizim üçün sadəcə iş yeri deyil. Bu sahələrdə illərin zəhməti, ata-babalarımızın əməyi, minlərlə ailənin ruzisi var. Bu gün isə hər birimiz açıq-aydın görürük ki, sahələrin qorunması və hasilatın davamlılığı ciddi risk altındadır.
Biz sahədə çalışan insanlar olaraq problemləri kağız üzərindən yox, birbaşa torpağın üstündə, neftin içində görürük. Texniki baxımın gecikməsi, köhnəlmiş avadanlıqlar, vaxtında görülməyən profilaktik tədbirlər,quyularda lazımı əməliyyatların aparılmaması, azalmasına ya da idarənin bilərkdən tənəzzülünə xidmət edir. Bu vəziyyət uzun müddət belə davam edə bilməz.
Ən acısı isə odur ki, bu problemləri ən yaxşı bilən bizlərik, amma səsimiz çox vaxt çıxmır ya da heç çıxmır. Halbuki bu sahələrin real sahibləri məhz burada çalışan işçilərdir. Biz susduqca itirən təkcə idarə yox, dövlət, region və öz ailələrimiz olur.
Bu səbəbdən hər bir Siyəzənneft NQÇİ işçisini
1.Sahələrin qorunması məsələsində laqeyd qalmamağa,
2.Hasilatın artırılması üçün real problemləri açıq şəkildə dilə gətirməyə bunu tələb etməyə
3.Birlikdə, qorxmadan, məsuliyyətlə rəhbərlik qarşısında fikir irəli sürməyə çağırıram.
Bunu unutmayın öz fikrinizi ifadə etmək sizin konstitutsiyon hüququnuzdur eyni zamanda da bir işçi kimi sizin təkliflər vermək hüququnuz var mənin təcribəm sizin qədər deyil siz uzun illər bu sahədə can qoymusuz təcrübə qazanmsız idarənin vəziyyətinə biganə qalmayın
Bu çağırış qarşıdurma üçün deyil. Bu çağırış xilasedici məsuliyyət üçündür. Çünki sabah bu sahələr daha da zəifləsə, bunun yükü yenə bizim çiyinlərimizə düşəcək və bizim maddi sosial vəziyyətimiz ağaırlaşacaq.Başqa ərazilərdən gəlib bizim taleyimizlə oynayan bir də sapı bizdən olan baltalara meydan verməyin
Unutmayaq: birlikdə olan işçi gücdür. Bu güc düzgün istiqamətə yönəlsə, Siyəzənneft NQÇİ yenidən inkişaf yoluna çıxa bilər.