Əvəz Qocayevlə Saleh Məmmədov AAYDA BÜDCƏSİNİ BOŞALDIB... - İşçilər bu il MAAŞ ALMAYIB!


Xəbər verdiyimiz kimi, düz bir həftə əvvəl Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Onun yerinə isə Vüsal Zakir oğlu Nəsirli təyin edildi. "DİA-AZ" bildirir ki, amma bu bir həftəlik müddət ərzində yeni sədr hələ ki, hansısa real addım atmayıb.

İşçilər "DİA-AZ"a yazılr: "Doğrudur, məsafə olduqca qısadır... yəni 1 həftə elə də böyük müddət deyil. Amma həm də elə böyük müddətdir... Məsələn, bu il ərzində AAYDA işçiləri maaşlarını ala bilməyib. Artıq fevral ayının 13-üdür. Amma maaşlarımız verilməyib.

Deyirlər ki, Əvəz Qocayevlə (AAYDA sədrinin müavini nəzərdə tutulur və hələ də iş başındadır -red.) Saleh Məmmədov AAYDA-nın büdcəsini boşaldıblar və buna görə də, maaşlar yubanır.

Vüsal Nəsirli bu bir həftədə işçilərə diqqət göstərsəydi, bizim maaş problemimizi həll edərdi..."

Məsələ diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq...

Tarix: 13-02-2026, 11:59
Xəbəri paylaş



Xəbər lenti