Ordubadda 1 400 manatlıq şirkət 1.2 milyonluq yol çəkəcək – Tender keçirilməyib



Ordubadda Kələntərdizə və Qoşadizə kənddaxili avtomobil yollarının əsaslı təmirinə 1 246 538 AZN vəsait xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, təmiri “Naxçıvan Yol Təmir Tikinti İstismar” MMC edəcək.

 

Ordubad Rayon İcra Hakimiyyəti və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Yəni, rəqabət təmin olunmayıb, “Bir mənbə metodu” tətbiq edilib. Şirkətin nizamnamə kapitalı 1 400 AZN-dir.

 

Cabir


Tarix: 17-12-2025, 12:21
Xəbəri paylaş



Xəbər lenti