
Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi rayon ərazisində küçə və parklarda abadlıq işlərinin görülməsi üçün növbəti satınalma müqaviləsi imzalayıb.
Neqativ.com 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın qalibi “PROQRESS İNŞAAT EN” MMC olub və müqavilənin ümumi dəyəri 588.710,17 manat təşkil edir.
Şirkətin qanuni təmsilçisi kimi Namizəd İsmayılov İsmayıl oğlu göstərilir.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinə Süleyman Mikayılov rəhbərlik edir və o, artıq 13 ildir bu vəzifədədir.
Xatırladaq ki, sözügedən MKTB-nin vergi borcu ilə bağlı daha əvvəl məlumat vermişdik. 32gun.az-ın əldə etdiyi məlumata əsasən, Birliyin hazırkı vergi borcu 54.931,67 manat təşkil edir.