
Suraxanı İcra Hakimiyyəti növbəti tenderinin nəticəsini açıqlayıb.
Tribuna.az xəbər verir ki, İH-in tabeliyində olan Mənzil-Kommunal Təsərrüfatı Birliyi müxtəlif növ malların alınması prosesini həyata keçirəcək.
Bildirilir ki, tenderin qalibi “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC olub. Tərəflər arasında 219 min 503 manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, bu vəsaitlə 5000 ədəd əlcəklə yanaşı, MKTB-nin “KamAz” markalı yük maşını tam təmir ediləcək. Alınan malların siyahısından da aydın görünür ki, həmin yük avtomobilinin motorou belə sıradan çıxıbmış. Və alınacaq bütün detallar da məhz həmin “KamAz”ın bərpası üçün nəzərdə tutulub.
Eyni zamanda, ayrılan vəsaitin həcmi ilə bu təmir işlərinin tərs mütənasib olduğu da diqqəti çəkir. Belə anlaşılır ki, həmin yük maşınının təmiri ən azı 100 min manatdan baha başa gələcək. Halbuki həmin pulla Suraxanı İcra Hakimiyyəti iki ədəd yeni yük maşını ala bilər.
Qarşı tərəfi də dinləməyə hazırıq.