Satınalma qanunları Xətai Gigiyena və Epidimiologiya Mərkəzində də işləmirmiş - BU DA FAKT!
Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzi Mərkəzin ehtiyacları üçün 222920 xərc maddəsi üzrə xidmətlərin və 221900 xərc maddəsi üzrə malların satınalınması üzrə 21.10.2025-ci ildə başladığı kotirovka sorğusuna 28.11.2025-ci ildə yekun vurub. Müsabiqənin qalibi “BOSLO AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 14.122 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının portalında 02.12.2025-ci dərc edilmişdir.
Qeyd edək ki, Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzi Mərkəzin qalib seçdiyi MMC kotirovka sorğusu proseduru başlamazdan cəmi 35 gün əvvəl dövlət qeydiyyatına alınıb.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BOSLO AZ” (VÖEN: 1407375651) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.09.2025-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AZƏR ƏLİYEV, ev.9A, m.32, qanuni təmsilçisi kimi isə Balayev Səbuhi Gülhüseyn oğlu olduğu qeyd olunub.
Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “BOSLO AZ” 16.09.2025-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Satınalmaların portalına yerləşdirilmiş məlumatlarda isə Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzinin kotirovka sorğusunu 21.10.2025-ci ildə başladığı göstərilir. Göründüyü kimi Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzi satınalma prosuduru başlamazdan cəmi 35 gün əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə müqavilə bağlamışdır.
Bəs qanun necə buna yol verirmi? “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Təchizatçılara dair ümumi tələblər bunlardır:
“Lisenziyalar və İcazələr” haqqında Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması; son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi; satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması;
Xüsusilə qeyd etmək istərdik ki, Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzi daha əvəl keçirdiyi satınalmalarda da, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməmiş, bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsinə şübhə yaradan bir sıra hallara yol vermişdir. Bu və digər məlumatlardan belə çıxır ki, Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzində satınalma qanunları işləmir.
Belə ki, Mərkəz dəftərxana, təsərrüfat və mətbəə mallarının satınalınması üzrə 19.05.2025-ci ildə “ŞAM BAKU 2024” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 20.000 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞAM BAKU 2024” (VÖEN: 1806885301) Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.12.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, SABUNÇU RAYONU, SARABSKİ , ev.18, qanuni təmsilçisi kimi isə Çarçarova Aysel Əziz qızı olduğu qeyd olunub.
Mərkəz 221100, 221200 və 221900 xərc maddəsi üzrə malların satınalınması üzrə 01.09.2025-ci ildə “FORRER STN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 6.999 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Bu satınalmanın ehtimal olunan qiyməti 16.000,00 manat müəyyən edilmişdir. Amma Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzi ehtimal olunana qiymətdən dəfələrə aşağı qiymətə müqavilə bağlamışdır ki, bu qanunla yolverilməzdi.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FORRER STN” (VÖEN: 1407049561) Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.12.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, NƏSİMİ RAYONU, MİRZƏ FƏTƏLİ AXUNDOV, ev.33, m.19, qanuni təmsilçisi kimi isə Çarçarova Aysel Əziz qızı olduğu qeyd olunub.
Göründüyü kimi Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzinin Satınalma Komissiyası eyni gündə dövlət qeydiyyaatına alınmış bir nəfərin qanuni təmsilçisi olduğu iki MMC ilə satınalma müqaviləsi bağlamışdır. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.
Qeyd edək ki, Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzinin satınalma müqaviləsi bağladığı MMC-lərin heç birinin barəsində açıq mənbələrdə heç bir məlumat yoxdu. Bu MMC-lərin Nazirlər Kabinetinin Qərarı müəyyən edilmiş texniki baza, təchizatçı haqqında və oxşar işlər üzrə təcrübəsi barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzinin Yasən Cabbarovdu. Onun bu vəzifədə 2023-cü ilin aprelindən çalışdığı bildirilir.
Aktualinfo.net
Tarix: 4-12-2025, 16:39
-
Dünən, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
Dünən, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
Dünən, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
Dünən, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
-
Dünən, 16:09
Azərbaycan əhalisinin cəmi 4,6 faizi 70 yaş həddini keçir – Pensiya sistemi və real statistika
-
Dünən, 15:58
Tərtərin hərbi komissarı işdən çıxarıldı
-
Dünən, 12:05
“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib
-
Dünən, 11:27
Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika" tənqid edildi
-
Dünən, 11:13
Gizli səs yazısı yayıldığı iddia olunan həkimdən MÜRACİƏT - "Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur!"
-
Dünən, 09:20
Göyçayda məktəb binası acınacaqlı durumda – VİDEO
-
Dünən, 08:54
Nərimanov Tibb Mərkəzində bina narazılığı: TƏBİB həkimlərə cavab verdi
-
4-08-2026, 22:56
Mingəçevir Mərkəzi Xəstəxanası: isti koridorlar, soyuq islahatlar
-
4-08-2026, 22:29
Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR..
-
4-08-2026, 14:46
“10 ildir avtomobildən istifadə etmirəm” dedi, bahalı avtomobilləri yenidən gündəm oldu – Fotolar
-
4-08-2026, 14:44
MÜBAHİSƏLİ QƏRARIN PƏRDƏARXASI... – Deputat bir, ekspert başqa fikirdədir
-
4-08-2026, 14:37
Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
-
4-08-2026, 14:07
Mingəçevir icra başçısı şəhərə nəzarət edə bilmir - Vətəndaşlar şikayətçidir
-
4-08-2026, 14:02
Prezidentin Siyasətinə Zərbə Vuran Məmur: Sultanın Qanunsuzluq Şousuna Kim Dur Deyəcək?
-
4-08-2026, 11:03
“12 İL NATO BARƏDƏ NAĞILLAR EŞİTDİM...” - Zalujnıdan sensasiyalı açıqlamalar
-
4-08-2026, 10:58
"Dədə-baba qaydası ilə direktor təyinatı"!: FÖVQƏLMÜDİR QURBAN VERİLİR? -DE-FAKTO
-
4-08-2026, 10:08
Tuqay meşələri məhv olur: "Kürqırağı fermalar ləğv edilməlidir"
-
4-08-2026, 09:32
Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
-
4-08-2026, 09:27
Tanınmış aktyor ADY-dan narazı qaldı: “Yekə adamlarsız”
-
3-08-2026, 23:21
Səhiyyə Nazirliyi vakansiyalarla bağlı məlumat yaydı: İnanmayın!
-
3-08-2026, 22:46
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur?
-
3-08-2026, 22:44
“Azərsun”un sığındığı professor, mənimsənilən kapital və... - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
-
3-08-2026, 22:42
İcra Hakimiyyəti “ərazi satılmayıb” dedi – Bəs gimnaziyanın stadionundakı köşklər niyə götürüldü?
-
3-08-2026, 22:39
Səhiyyə Nazirliyinin tabeliyindəki qurum “Avromed”ə 1.7 milyon ödəyəcək
-
3-08-2026, 22:36
QHT-lərə Dövlət Dəstəyi Agentliyində saxta imza niyə araşdırılmır? -Cavabsız suallar dolu sükut davam edir...
-
3-08-2026, 22:34
117 saylı bağçada "ölü canlar" şəbəkəsi -İDDİA/VİDEO