SOCAR Azəriqaz İB niyə müharibə veteranları ilə prinsip aparır? - Heç qanunları belə saymırlar

SOCAR Azəriqaz İB niyə müharibə veteranları ilə prinsip aparır? - Heç qanunları belə saymırlar
Həmişə yazıram ; "zamana ehtiyacı var" Vallah ,inşallah etdiyiniz günahlara görə cavab verməli olacaqsınız!
SOCAR Azəriqaz İB 2-ci Qarabağ müharıbəsi veteranı Daşqın Abbasov yazır ki:
-Hal-hazırda Göyçayda Təmir-bərpa və texniki baxış xidmətində 1 rəis və 1 usta yeri, həmçinin Qəza-bərpa xidmətində 6 usta yeri boşdur. Buna baxmayaraq, mənə Azəriqaz İB tərəfindən bildirilir ki, iş təcrübəm usta vəzifəsinə uyğun gəlmir.
Sual yaranır: necə ola bilər ki, mən✅ Kürdəmir XS-də böyük mühəndis, yəni aparıcı mütəxəssis kimi çalışdığım halda sənədlərimin həmin vəzifəyə uyğun olmadığı iddia edilir?
Əvvəlki müraciətlərimdə qeyd etdiyim kimi, Cənab Prezident dəfələrlə çıxışlarında müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilməsini, onların incidilməməsini tapşırıb. “Veteranlar haqqında” Qanunun 1-ci maddəsinə əsasən, hər bir veteranın zəruri tələbatını təmin edən səviyyədə müxtəlif sosial xidmətlərlə təmin olunması, fiziki və psixoloji sağlamlığının qorunması və fəal uzunömürlülüyü üçün şərait yaradılması nəzərdə tutulur.
Mirvari Gahramanli
Tarix: 26-11-2025, 12:47
Xəbəri paylaş



Xəbər lenti