İki azyaşlı uşaq anası “ölüm kağızı”na görə sosial müavinət ala bilmir - VİDEO

bitmap-img6



Dünyasını dəyişən həyat yoldaşının ölüm haqqında şəhadətnəmasini ala bilmir.

Xezerxeber.az xəbər verir ki, bu iddianı Abşeronun Xırdalan şəhərində yaşayan iki azyaşlı uşaq anası Rəvanə Mehdiyeva iddia edir.

Rəvanə Mehdiyevanın sözlərinə görə, 10 ildən çox qeyri-rəsmi nikahda yaşadığı Samir Mustafayev bir il öncə dünyasını dəyişsə də, Rəvanə bu günədək onun rəsmi ölüm şəhadətnəmasini əldə edə bilmir. Kirayədə yaşayan ailənin heç bir sosial təminatı yoxdur və bu səbəbdən də iki uşağın bütün yükü gənc ananın çiyinlərinə düşüb.

Sənədin olmaması ailəni daha da çətin vəziyyətə salıb. Hazırda xadimə işləyən Rəvanə aldığı minimal maaşla həm kirayə pulunu, həm gündəlik xərcləri, həm də uşaqlarının ehtiyaclarını qarşılamağa çalışır.

Qadın aidiyyəti qurumlardan məsələnin araşdırılmasını, həyat yoldaşının ölüm sənədinin verilməsi prosesinin sürətləndirilməsini və uşaqların sosial müdafiə hüquqlarının bərpasını xahiş edir.

Məsələ ilə bağlı TƏBİB-dən "Xəzər Xəbər"ə bildirldi ki, məsələ araşdırılacaq.

Ədliyyə Nazirliyindən də qeyd edildi ki, vətəndaşın şikayəti araşdırılacaq və bu haqda məlumat veriləcək.





Tarix: 21-11-2025, 11:37
Xəbəri paylaş



Xəbər lenti