Qobu bələdiyyəsində “qohum biznesi” — Şəhid ailələri xahişə çıxarılır, dövlət torpaqları satılır


Qobu bələdiyyəsində “qohum biznesi” — Şəhid ailələri xahişə çıxarılır, dövlət torpaqları satılır
"DoğruXeber.tv"yə daxil olan məlumatlara əsasən, Qobu qəsəbə bələdiyyəsində baş verənlər artıq təkcə yerli narazılıq deyil, ictimai etimadı sarsıdan ciddi korrupsiya əlamətləri kimi qiymətləndirilir. Ərazi sakinlərinin sözlərinə görə, bələdiyyə rəhbərliyinin fəaliyyətində çoxsaylı qanunsuzluqlar var və bu hallar uzun müddətdir davam edir.

Qobuda bələdiyyə sədri İTTİHAM OLUNUR - müavini ilə əlbir olaraq...
https://dogruxeber.tv/2025/07/25/qobu-bldiyysind-torpaq-oyunu-bldiyy-sdri-hbsin-bir-addmlnda.html
Qobu bələdiyyəsi: keçmişdən bu günə dəyişməyən “torpaq oyunu”
Qobu bələdiyyəsinin “mələkləri” kimdir?
Gün kimi aydın qanunsuzluqlar, susan qurumlar: Qobu bələdiyyəsində nələr baş verir?
Qobu torpaqlarının sirri: qəbristanlıqdan bazara uzanan yol
Qobu bələdiyyə sədri Araz Nəcəfovun himayədarı onu necə qoruyur?

Məlumatlara əsasən, Qobu qəsəbə bələdiyyəsinin sədri özünə yaxın qohumları ilə birlikdə ərazidə torpaq sahələrinin zəbt olunması və qanunsuz satışını həyata keçirir. Əldə etdiyimiz səs yazılarında bələdiyyə sədrinin yaxın qohunu olduğunu etiraf edən şəxslərin danışığı açıq şəkildə bu faktı təsdiqləyir. "DoğruXeber.tv"yə təqdim olunan həmin səs yazıları aidiyyəti dövlət qurumlarına da göndərilib, lakin bu günə qədər heç bir hüquqi tədbir görülməyib.

Ərazi sakinləri bildirir ki, bu torpaq sahələri dövlətə məxsusdur və onlar saxta sənədlərlə, qeyri-rəsmi yollarla satılıb. Nəticədə dövlət əmlakı mənimsənilərək şəxsi gəlir mənbəyinə çevrilib. Bu, həm qanuna, həm də dövlətin maraqlarına zidd bir haldır.

Daha acınacaqlısı odur ki, bələdiyyə sədri yaranmış narazılıqları azaltmaq və məsələni ört-basdır etmək üçün şəhid ailələrini xahişə çıxarır. Onların adından istifadə etməklə ictimai rəyi çaşdırmağa, öz fəaliyyətinə haqq qazandırmağa cəhd edir. Halbuki, şəhid ailələrinin adı bu cür hallarda alətə çevrilməməlidir — bu, cəmiyyətin mənəvi dəyərlərinə qarşı hörmətsizlikdir.



"DoğruXeber.tv" əməkdaşlarının Qobu sakinləri ilə apardığı söhbətlərdən də məlum olub ki, qəsəbədə illərdir yol, su, işıq, kanalizasiya kimi əsas infrastruktur problemləri qalmaqdadır. Lakin bələdiyyə və əlaqədar qurumlar bu məsələlərə deyil, yalnız torpaq satışı və qanunsuz tikintilərin təşkili ilə məşğuldur.

Artıq bu hadisə təkcə bir bələdiyyənin problemi deyil — bu, ölkədə yerli idarəetmə sisteminin səmərəsizliyini və nəzarət mexanizmlərinin iflasını göstərən simvolik bir nümunədir.

Cəmiyyətin haqlı sualı isə budur:

Əgər təqdim olunan səs yazıları, faktlar və sakinlərin çoxsaylı şikayətləri qarşısında belə tədbir görülmürsə, qanun kim üçün işləyir?

"DoğruXeber.tv" mövzu ilə bağlı aidiyyəti dövlət qurumlarının rəsmi mövqeyini dərc etməyə hazırdır və bu istiqamətdə sorğularını göndərib. Gələcəkdə təqdim olunacaq cavablar da ictimaiyyətə açıqlanacaq.
Tarix: 21-10-2025, 12:25
Xəbəri paylaş



Xəbər lenti