Bakı Slavyan Universiteti təsərrüfat və dəftərxana mallarının alınması üçün keçirilən tenderdə “LEQO GROUP” MMC qalib elan olub.
AnXeber.az xəbər verir ki, tərəflər arasında ümumi dəyəri 100.004,1 AZN olan müqavilə imzalanacaq.
Satınalmaya 1.200 ədəd yüksək keyfiyyətli A4 kağızı, 500 ədəd mavi, 500 ədəd qara və 350 ədəd qırmızı qələm, 500 ədəd pozanlı HB karandaş, 200 ədəd dama vərəqli dəftərxana kitabı, 200 ədəd dar, 300 ədəd isə geniş arxiv qovluğu, həmçinin karandaş yonan, simçıxaran, metal xətkeş, yapışqan, dəri üzlü A5 ölçüdə bloknot, stepler və 100 ədəd ağardıcı qələm daxildir.
Qeyd edək ki, hazırda Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevdir.