Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təsərrüfat və elektrik mallarının satın alınması üçün elan etdiyi tenderi ləğv edib.
32gun.az xəbər verir ki, tenderin ləğv edilmə səbəbi kimi təchizatçılardan kifayət qədər – üçdən az – təklifin təqdim olunması və tələb olunduğu halda müvafiq lisenziya və ya icazənin olmaması göstərilib (36.1.1.).
Tender çərçivəsində alınması nəzərdə tutulan mallar arasında aftafa şlanq başlıq, aftafa üçün smistitel, tülpan üçün smistitel, Lampa Led Panel, Led driver, Lampa Led cup (lift üçün), Led Ray, pəncərə və qapı dəstəkləri, izolyasiya skoçu, kobra şlanq və digər elektrik aksesuarları yer alırdı.
Tenderin ehtimal olunan qiyməti 16.507,85 AZN təşkil edirdi.
Qeyd edək ki, Fond Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nazir Anar Əliyev, Fondun İdarə Heyətinin sədri isə Zəka Mirzəyevdir.