Monetri BOKT və TBC BOKT güclərini birləşdirib. Yeni şirkət TBC-Kredit MMC adlanır.Valyuta.az xəbər verir ki, Direktorlar Şurasının sədri — bank sektorunda 18 illik təcrübəsi olan Nofəl İsmayılov təyin edilib.
O, uzun müddət Bank of Baku, Dəmirbank, Ekspressbank-da çalışmış təcrübəli bankirdir.
Monetri 2013-dən fəaliyyət göstərir, 9 filialı var, 2024-də 4 milyon manat mənfəət əldə edib.
Məlumat üçün bildirək ki, birləşmədən sonra Monetri nə az nə çox, 40 milyon manat aktivlə bazarın liderlərindən birinə çevrilib.