Qaradağda 149 min manatlıq təmir dayandırıldı

Qaradağda 149 min manatlıq təmir dayandırıldı
Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən elan edilən yolların əsaslı təmir işlərinin satınalması ləğv edilib.

32gun.az xəbər verir ki, Ləğv edilmə səbəbi olaraq, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması (36.1.1-ci maddə) göstərilib.

Ehtimal olunan qiymət 149.069,06 AZN təşkil edirdi.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur və o, bu vəzifəni artıq 13 ildir icra edir. Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elnur Şamxal oğlu Əliyevdir.
Tarix: 10-08-2025, 09:27
Xəbəri paylaş



Xəbər lenti