“Varşava müqaviləsi”ndən bu müqavilədən istifadə edən Sovetlər 1956-cı ildə Macarıstanı, 1968-ci ildə Çexslovakiyanı işğal etdilər, Sovetə qarşı çıxanlara divan tutdulr. 1988-ci ildə isə artıq Polşanı işğal etməyin astanasında idilər…”.KONKRET.az xəbər verir ki, bu fikirləri Gələcək Azərbaycan Partiyasının sədri Rəsul Quliyev bildiirib. Onun sözlərinə görə, “Azərbaycan xoşbəxtlikdən bu mini Varşava müqaviləsinin üzvü deyil. Hər dəfə bu məsələ qalxanda Azərbaycan “Ermənistan torpaqlarımızı azad etməsə, biz bu təşkilatın üzvü ola bilmərik” cavabını verirdi. İndi Azərbaycan özü torpaqlarını azad edib və beynəlxalq aləmdə nüfuzu qat-qat artıb. Bu səbəbdən də qüdrətli Azərbaycanı bu mini müqaviləyə daxil etmək Putinin xəyali arzusudur.
Ancaq bu bizim üçün çox böyük təhlükə olar. Düşünürəm ki, Azərbaycan Respublikası Milli Məclisi Azərbaycanın hərbi bloklara qoşulması məsələsini müzakirə etməli və ölkə üçün bloklara qoşulmamaq haqqında qanunu qəbul etməli, Prezidentə imzaya göndərməlidir. Bu dövlətimiz üçün çox vacib bir addım olardı…“.
Tarix: 28-05-2021, 16:12