Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?

Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! —
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında rəhbərlik tez-tez dəyişir, təzə direktorlar gəlir-gedir, amma bir məsələ var ki, illərdir yerindən tərpənmir. Söhbət xəstəxananın poliklinika müdiri Səadət xanımdan gedir.
İnsan haqlı olaraq sual edir:
Görəsən, bir-birini əvəz edən bu yeni direktorların marağı nədir ki, hər gələn Səadət xanımı öz yerində saxlayır? Bu toxunulmazlığın sirri nədir?
Məsələnin hüquqi və tibbi tərəfinə baxaq. Deyilənə görə Səadət xanım Odlar Yurdu Universitetinin tibb fakültəsini bitirib. Azərbaycan Tibb Universitetini bitirmədiyi kimi, heç bir rezidentura təhsili də yoxdur.
Mövcud qanunvericiliyə və tibbi normativlərə görə, bu təhsillə kimsə rəhbər vəzifədə və ya da ixtisas üzrə həkim kimi fəaliyyət göstərə bilməz.
Belə təhsilə sahib şəxslərin işləyə biləcəyi yeganə yer təcili tibbi yardımdır. Yəni qanun açıq-aydın deyir ki, bu təhsillə poliklinikaya müdirilik etmək olmaz!
Bəs qanun bu qədər aydındırsa, TƏBİB rəhbərliyi hara baxır?
TƏBİB-in İctimaiyyətlə Əlaqələr Şöbəsinə dəfələrlə zəng edilib, məsələ ilə bağlı məlumat verilmək istənilib.
Cavab isə həmişə eynidir: *"Yazın", "Sonra zəng edərik"*. Bir məsələ ilə əlaqəli də konkret fakt təqdim olundu, amma nəticə?
Sıfır. Heç bir tədbir görülmədi, sanki bu qurum şikayətləri eşitmək üçün yox, sadəcə vaxt qazanmaq üçün işləyir.
Buradan TƏBİB rəhbərliyinə bildiririk: Şirvan xəstəxanasında illərdir davam edən bu qanunsuzluqdan xəbəriniz yoxdursa, artıq öyrəndiniz. Əgər xəbəriniz var və susursunuzsa, bu daha böyük suallar doğurur.
İllərdir yazılır, pozulur, təzə təyinatlar olur, amma poliklinikada köhnə hamam, köhnə tasdır.
Təhsili və ixtisası çatmayan bir şəxsin illərdir bu postda oturmasına göz yumanlar bilsinlər ki, səhiyyə kiminsə şəxsi maraqlarına qurban veriləsi sahə deyil. Şirvan xəstəxanasının poliklinika müdiri Səadət xanım haqqında nə vaxt ciddi tədbir görüləcək?
TƏBİB bu qanunsuzluğa nə vaxt son qoyacaq?
Biz bu suallara cavab və konkret əməli addım gözləyirik. Məsələ diqqətimizdədir və sonadək izləniləcək!Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
Sima Babayeva
Tarix: Bu gün, 09:23
Xəbəri paylaş



Xəbər lenti