Ünlü müğənni Ermənistana verdiyi dəstəyə görə azərbaycanlı izləyicilərindən üzr istədi...






Cardi B ermənistana verdiyi dəstəyə görə azərbaycanlı izləyicilərindən üzr istədi

Azərbaycanlı izləyicilərindən üzr istəyən 27 yaşlı müğənni Cardi B "Ermənistanın vuruşduğu ölkənin Azərbaycanın olduğunu bilmirdim. Araşdırma etmədən paylaşdım" deyə mətbuata açıqlama verib. Twitter hesabında 15 milyon izləyicisi olan məşhur repçi Cardi B yazıb ki: 'Bir daşınmaz əmlak yatırımı üçün sıx bir yerdə olduğum erməni kökənli məsləhətçim mənə Ermənistana qarşı soyqırımı cəhdi olduğunu dedi və mənə bu barədə yazmağı tövsiyyə etdi. Niyə olmasın dedim və məsələnin mahiyyətinə varmadan Twitterdə paylaşma etdim''.

P.S. Baxın dostlar, adam bilmir ki, kim-kimlə vuruşur, amma bir tərəfi müdafiə edir, odur ki, bütün sosial şəbəkələrdə belələrini onların postlarına şərhlər yazmaqla məlumatlandırıb, postlarını sildirməyə və üzr istəməyə məcbur etməliyik. Odur ki, bütün sosial şəbəkələrdə fəal olun, Azərbaycanın ədalətli mövqeyini və haqq səsini hər yerdə çatdırın.

Qubad İbadoğlu, ABŞ-da yaşayan tanınmış iqtisadçı alim
Tarix: 11-10-2020, 09:26
Xəbəri paylaş



Xəbər lenti