“ARROW” raketdən müdafiə sistemi və bu sistemin tərkib hissəsi olan “Green Pine” erkən xəbərdarlıq radar kompleksi xüsusi çəkiyə malikdir. “ARROW” raketdən müdafiə sistemi dünyada yer-yer tipli istənilən raketləri zərərsizləşdirə bilən yeganə sistemdir.KONKRET.az xəbər verir ki, raketlər hədəfi ən yüksək məsafədə yüz faiz dəqiqliklə zərərsizləşdirir. “Green Pine” radarı ballistik raketləri keçdiyi bütün yolboyu izləyir. Radar həmçinin eyni vaxtda çox sayda raketi izləyərək onların uçuş trayektoriyası barədə idarəetmə mərkəzinə xəbərdarlıq göndərmək qabiliyyətinə və məlumatları “Arrow” sisteminə ötürmək imkanına malikdir.
Ballistik raketlər ölkəyə doğru yönələrsə radar avtomatik olaraq hər bir raketin təhlükəlilik dərəcəsinin çoxfunksiyalı qiymətləndirməsini aparır və özü hansı ardıcıllıqla raketləri vuracağını hesablayır. Hazırda İsraili müxtəlif növ raketlərdən etibarlı şəkildə bu sistem qoruyur. Sistem eyni vaxtda 12 hədəfi izləyib məhv edə bilir.
Tarix: 10-10-2020, 21:47