
Mia.az xəbər verir ki, bu sözləri Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında yazıb.
O xüsusi qeyd edib ki, beləliklə, cənab N.Abdullayev yenə iki vəzifə daşıyıcı olaraq fəaliyyətlərini davam etdirir.
Xatırladaq ki, Mirvari xanım 4 gün əvvəl sosial media heabında aşağıdakı paylaşım və ona əlavə olunmuş screenshotları yaymışdı:
"Bu irsi mənşəyə, qohumluq əlaqələrinə və sosial statusa əsaslanan, insanların qapalı qruplara bölündüyü sosial təbəqələşmə formasıdır.
"Azəriqaz"ın baş direktorunun 1-ci müavini (əməliyyatlar üzrə) cənab Nail Abdullayevin bu vəzifə hətta əsas iş yeri deyilmiş. Əlahəzrətin əsas iş yeri SOCARDOWNSTREAM-da baş direktorun müşaviri imiş?!".
