Cavid Qurbanovun vəzifə verdiyi Mariana xanım kimdir? - Rəqs videosu yayılmışdı

Cavid Qurbanovun vəzifə verdiyi Mariana xanım kimdir? - Rəqs videosu yayılmışdı

Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının (AFF) idman işləri üzrə direktoru təyin olunub.

Belə ki, AAF-nin prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə keçiriləın iclasda Mariana Vasilevanın federasiyanın idman işləri üzrə direktoru vəzifəsinə təyin edilməsi qərara alınıb.
SAVASHMEDİA.az xatırladır ki, Mariana Vasileva 2021-ci ildən 2025-ci ilə qədər gənclər və idman naziri Fərid Qayıbovun müavini vəzifəsində çalışıb. O, bu vəzifədən ötən il kənarlaşdırılıb.

Xatırladaq ki, Mariana Vasileva nazir müavini təyin ediləndən sonra onun rəqs videosu yayılmış və görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu.
Gənclər və idman naziri Fərid Qayıbov isə müavininin sözügedən videosuna münasibət bildirərək görüntülərin bilərəkdən yayıldığını iddia etmişdi: “Həmin video sosial şəbəkələrdə yox idi. Orada olan bir nəfər tərəfindən bilərəkdən yayılmışdı. Təbii ki, həmin adamın kimliyini bildik”.
Tarix: Bu gün, 16:04
Xəbəri paylaş



Xəbər lenti