Onlar Ceyhun Cəlilova etiraz edərək vəzifələrindən ayrıldılar - FOTO



Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin bir sıra vəzifəli şəxsləri tutduqları vəzifələrdən ayrılıblar.

 

Məlumata görə, son dəyişikliklərdən sonra nümayəndəliyin əməkdaşları Qoşqar Kamilli, Tural Murtuzəliyev və Pənah Mehdiyev nümayəndəliyin rəhbəri Ceyhun Cəlilovun onlara etdiyi təkliflə razılaşmayıblar.  Və etiraz edərək vəzifələrindən ayrılıblar.

 

Qeyd edək ki, işdən ayrılan hər üç şəxs Naxçıvan MR-da bir sıra mühüm dövlət proqramlarının və layihələrinin hazırlanmasında xüsusi xidmətləri ilə seçiliblər.

 

Xatırladaq ki, ötən ay qanunvericiliyə edilən dəyişiklik nəticəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə birinci kateqoriya dövlət orqanı statusu verilib. Manset.az

 

Fotoda Tural Murtuzəliyev

 

 

Fotoda Pənah Mehdiyev

 

 

Fotoda Qoşqar Kamilli

 

 


Tarix: Bu gün, 18:01
Xəbəri paylaş



Xəbər lenti