İmişli bazarına gündəlik 200-250 kq balıq satan və daha əvvəl brokonyerlik üstündə tutulub ETSN tərəfindən cərimələnən qoruq mühafizəçinin arxasında kim dayanır? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Ağ Göl Milli Parkında qanunsuz balıq ovu ilə bağlı ölkə mətbautında dəfələlərlə məlumatlar dərc edilib. Aidiyyatı qurumlar isə hər dəfə sübutun olmadığı bəhanə edərək, qanunsuz balıq ovuna göz yumular.
XALQ.AZ xəbər verir ki, “Beyləqan Xəbərləri” səhifəsinin yaydığı məlumata görə Ağgöl Milli Parkından gündəlik tutulan balıqlar İmişli, Beyləqan və Ağcabədi bazarlarına satılır. Səhifədə yerləşdirilən məlumatda qeyd edilir ki, artıq Ağgöl Milli Parkında brakonyerliyi qoruğun mühafizəsi ilə məşğul olan yegerlər edirlər.
Bildirilir ki, Ağgöl Milli Parkında brakonyerlik edən dəstənin əsas rəhəbri isə yeger vəzifəsində işləyən Rahim Gəncəliyevdir. Onun gündəlik İmişli bazarına 200-250 kq balıq satdığı iddia edilir. İmişli rayonunda Rahim Gəncəliyevin balıq satışı ilə məşğul olduğunu bilməyən yoxdur.
Bildirək ki, AzFakt.com saytı olaraq bir neçə il öncə Rahim Gəncəliyevin Ağgöl Milli Parkında müfəttiş işlədiyi dövrdə brakonyerlərdən gündəlik tutduqları balıqları ucuz alıb bazara satışa çıxartması barədə məlumat dərc etmişdik. Daha sonra Rahim Gəncəliyevin qanunsuz əməlləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri tərəfindən ifşa edilmiş və haqqında protokol yazılmışdı.Ən maraqlısı isə brakonyerlik fəaliyyəti ilə məşğul olan və Ağ Göl milli parkının yegeri işləyən Rahim Gəncəliyev nədənsə vəzifəsindən çıxarılmadı. İndi isə Rahim Gəncəliyev balıq biznesini genişləndirərək Ağ Göl Milli Parkında böyük bir şəbəkə qurub.
Rahim Gəncəliyev və digər yegerlərin Ağ Göl Milli Parkında brakonyerlik fəaliyyətiləri ilə məşğul olmalarından qoruğun direktoru Xəzər Məhərrəmovun xəbərsiz olması isə inandırıcı deyil. AzFakt.com
Məsələ ilə bağlı araşdırmalarımız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.