
Çin Rusiyaya xəbərdarlıq edib ki, Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etməkdən söhbət belə gedə bilməz.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski WhatsApp-da onlayn brifinq zamanı bildirib.
"Prezident Donald Trampla mən Çini, onun bu müharibədəki rolunu, iştirakını və ya potensial iştirakını, eləcə də imkanlarını müzakirə etdik", - Zelenski deyib.
Ukrayna başçısı həmçinin bildirib ki, NATO-nun bir neçə Avropa lideri ilə keçirilən sammiti zamanı müzakirələrdə Çinin müharibənin sona çatmasında mümkün roluna toxunulub: "Burada vəziyyət bir qədər dəyişib. Bəzi Avropa liderləri mənə Çin nümayəndələri ilə danışdıqlarını dedilər. Çin Rusiya mediasında nüvə silahının istifadəsi ilə bağlı verilən açıqlamalara çox ciddi, çox qətiyyətli və aydın şəkildə cavab verib".