Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata


Şuşa şəhərində gündəlik kirayə verilən mənzillərin qiyməti 100-150 manat arasında dəyişir.
Yeniavaz.com
 xəbər verir ki, elanlardan birində Şuşada 83 kvadratmetr sahəsi olan 2 otaqlı mənzil üçün günlük 120 manat qiymət müəyyənləşdirilib.
Digər elanda 90 kvadratmetrlik 2 otaqlı mənzilin gündəlik kirayəsi 150 manat göstərilib.
100 kvadratmetr sahəsi olan 2 otaqlı başqa bir mənzil isə günü 130 manata təklif olunur.

Bunlardan başqa 3 otaqdan ibarət olan daha bir neçə mənzil də gündəlik 150 manat qarşılığında kirayəyə verilir. Həmçinin günü 100 manata olan mənzillər də müştərilərə təqdim edilir.
Qeyd edək ki, kirayə verilən mənzillərin əksəriyyəti dövlət hesabına tikilərək keçmiş məcburi köçkünlərə verilən mənzillərdir.


AXS.az

Tarix: Dünən, 12:05
Xəbəri paylaş



Xəbər lenti