Xətai rayonunda yaşayış binası sürüşə bilər - layihədən kənar tikinti, altı qazılmış bina - VİDEO

Xətai rayonu, Gəncə prospekti 99 ünvanında qəribə tikinti işləri aparılır. Bizimesr.az-a göndərilən videogörüntülərdə görünür ki, yeni hündürmərtəbəli bina ilə mövcud köhnə tikili binaların arasında layihədənkənar qazıntılar aparılıb. 

Sakinlərin iddiasına görə, hündürmərtəbəli binanı tikən şirkət layihədə nəzərdə tutulmayan işlər görür və nəticədə onların yaşadıqları bina uçmaq təhlükəsi ilə üzləşib. Videomaterialda da görünür ki, insanların yaşadığı binanın alt hissəsi qazılıb və bina sallaq vəziyyətdə qalıb.

Sakinlər bildirirlər ki, yeni tikinti işlərinə birbaşa məsul şəxs kimi Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev göstərilir. Onların sözlərinə görə, layihədənkənar aparılan tikinti işlərinə məhz o icazıə verib, köhnə yaşayış binasına ciddi ziyan vurulub. Xüsusilə binanın arxa hissəsi tamamilə qazılıb və təhlükəli vəziyyət yaranıb.

Qazıntılar nəticəsində bina sallaq vəziyyətə düşüb və hər an uçmaq riski var. İcra hakimiyyəti bu işləri görən şirkətə nəzarət etmir.

Tarix: 7-04-2026, 22:57
Xəbəri paylaş



Xəbər lenti