"Neft mədənlərində hasilat prosesinin təhlükəsiz və fasiləsiz aparılması üçün texniki su kollektorları mühüm infrastruktur hesab olunur. Bu kollektorların əsas funksiyası hasilat zamanı yaranan texniki suların, lay sularının, təhlükəsiz şəkildə nəqlini təmin etməkdir..." "DİA-AZ" xəbər verir ki, bunu SOCAR rəhbərliyinə ünvanlanmış müraciətində sözügedən qurumun işçisi Zamiq Əliyev qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Siyəzənneft NQÇİ-nin bir əsrə yaxın yaşı olduğunu nəzərə alsaq, uzun müddət istismar olunan kollektorların mexaniki çöküntülərlə dolması və tıxanma həddinə çatması, eyni zamanda vaxtında dəyişdirilməməsi ciddi texniki, ekoloji və iqtisadi problemlər yaradır. Neft-qaz sənayesində avadanlıqların köhnəlməsi və texniki nəzarətin zəif olması ekoloji risklərin artmasına gətirib çıxarır
Texniki su kollektorunun mexaniki çöküntülərlə tıxanması hasilat prosesinin pozulmasına mexaniki çöküntülər (qum, gil, korroziya məhsulları və s.) kollektor borularında toplanaraq onların daxili diametrinin daralmasına gətirib çıxarır.Bunun nəticəsində maye axını azalır,boru xətlərində təzyiq artır,nasolar və onların avadanlıqlarının həddindən artıq yüklənməsinə və tez tez sıradan çıxmasına səbəb olur .Bu isə dövlət üçün əlavə iqtisadi xərclər yaradır.
Bor xətlərində tıxanma səbəbiylə təzyiqin artması xətlərin tez tez yırtılmasına və kollektor sisteminin yararsız vəziyyədə düşməsinə şərait yaradır.
Bundan əlavə texniki su kollektorlarının tıxanması nəticəsində sızmalar baş verdikdə bu torpağa və yeraltı sulara qarışır. Bu çirklənmə torpağın münbitliyini azaldır və geniş ərazilərin yararsız hala düşməsinə səbəb olu.Bu hal ekoloji təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasıdır Cinayət və İnzibati məsuliyyət yaradır
Buna görə kollektor sistemlərinin mütəmadi texniki diaqnostikası və vaxtında yenilənməsi sənaye təhlükəsizliyi və ekoloji sabitlik baxımından zəruri tədbir hesab oluna bilər.
Qeyd olunanları nəzərə alıb xahiş edirəm ki bizim texniki su xəttinin yenilənməsi dəyişdilməsi üçün tədbir görülsün..."
Tarix: 27-03-2026, 10:45