Qanunsuz işləyən broyler kamera çəkdirib pulunu vermir - ŞİKAYƏT
Broylerdə ciddi natəmizliyin hökm sürdüyü, işçilərin isə əmək müqaviləsi olmadan işlədildiyi bildirilir.
Bakıda kameraların quraşdırılması ilə məşğul olan şirkət rəhbəri Suraxanı rayon Hövsan qəsəbəsində qanunsuz fəaliyyət göstərən hinduşka broylerini işlədən Zakir və Emin adlı şəxslərdən şikayətçidir.
Sahibkar Eldar Aslanov iddia edir ki, Suraxanı rayonu Hövsan qəsəbəsində hinduşka broyleri üçün 2 min manatlıq kamera çəki və Emin adlı şəxslə işin qiymətini öncədən danışaraq razılaşdırıb. Sahibkarın bildirdiyinə görə kameraları broylerə çəkdikdən sonra Emin adlı şəxs ona çatacaq pulu ödəməkdən imtina edir. Alacağı pulla bağlı sahibkar broylerin əsl sahibi Zakir adlı şəxsə də şikayət etməsinə baxmayaraq Eldar Aslanovun pulu verilmir.
Bildirək ki, apardığımız araşdırmada Hövsan qəsəbəsində yerləşən hinduşka broylerinin qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Broylerdə ciddi natəmizliyin hökm sürdüyü, işçilərin isə əmək müqaviləsi olmadan işlədildiyi bildirilir. Məlumata görə broiler Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən gizli şəkildə fəaliyyətdədir.
Qanunsuz fəaliyyət göstərən hinduşka broyleri ilə bağlı aradşrımamız davam edəcək.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyəhazırıq.