Ərazi hasarlanıb, "Daş abidə" parkı yerlə yeksan olunub.
Bizimesr.media xəbər verir ki, söhbət Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Fərhad Babayev küçəsində tikilən böyük obyektdən gedir.
.png)
Həmin ünvanda əvvəllər “Daş abidə”nin yerləşdiyi kiçik park olub. Uzun illər baxımsız vəziyyətdə qalan ərazidə təxminən bir ay əvvəl abadlıq işlərinin aparılacağı bildirilsə də, sonradan burada ictimai-iaşə obyektinin tikintisinə başlanılıb.
.png)
Hazırda ərazi hasarlanıb, sürətli tikinti işləri gedir. Tikintinin qarşısında obyektin sifarişçisi, təyinatı və tikintiyə icazə barədə məlumatların əks olunduğu hər hansı lövhə yoxdur. Ərazidə konkret olaraq hansı obyektin tikildiyi də məlum deyil. Məlumata görə, burda avtomobillərin təmiri üçün sexlər, yuxar mərtəbələrdə isə kafe, restoran olacaq.
Bizimesr.media bildirir ki, sözügedən tikinti ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə, Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən mövqey öyrənmək mümkün olmayıb.
Digər tərəfdən, ərazidə əvvəllər parkın olması və hazırda həmin sahədə tikinti aparılması ilə bağlı suallar açıq qalır. Əcəba, Fərhad Babayev küçəsində “Daş abidə”nin yerləşdiyi parkın ərazisində nə tikilir? Bu tikintiyə hansı qurum tərəfindən icazə verilib? Məsələ ilə bağlı aidiyyəti qurumların və mövqeyini dərc etməyə hazırıq.
.png)