2027-ci ilin büdcəsi nə qədər oldu? - Rəqəmlər açıqlandı


Maliyyə Nazirliyi 2027-ci ilin dövlət büdcəsinin layihəsini və ilkin rəqəmləri açıqlayıb.

AXS.az  xəbər verir ki, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 625 milyon manat və yaxud 1,6 faiz çoxdur. 

Yeri gəlmişkən, 2027-ci ilin büdcə gəlirləri 2025-ci ilin büdcə gəlirlərindən də (icra variantından) 49,4 milyon manat və yaxud 0,1 faiz çoxdur. 

2027-ci ildə dövlət büdcəsinin xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır ki, bu da 2026-nın təsdiq olunmuş xərclərindən 696,4 milyon manat və ya 1,7 faiz artıqdır. 

Gələn ilin büdcə xərcləri 2025-ci ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 795,4 milyon manat və yaxud 9,8 faiz çoxdur. 

2027-ci ildə dövlət büdcəsinin kəsiri 3 milyard 166 milyon manat olacaq. Bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 71,4 milyon manat və ya 2,3 faiz artıqdır.

Tarix: Dünən, 14:41
Xəbəri paylaş



Xəbər lenti