
Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə qarşı olan münasibət, bu kompleksin xüsusi nifrətlə dağıdılması, məqsədli şəkildə Qarabağın tarixinə, Qarabağ xanlığının qurucularına qarşı olan nifrəti əks etdirir.
Bunu Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" adlı konfrans çərçivəsində keçirilən panel müzakirədə çıxış edərkən deyib.
"İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin bərpası prosesində Arxeologiya və Antropologiya İnstitutu da elmi tədqiqatlarına cəlb olunub. Burada dəfn olunmuş Qarabağın önəmli şəxslərinə aid qəbirlərə müdaxilələr tədqiqatçılarımız tərəfindən qeydiyyata alınıb", - deyə direktor qeyd edib./Azərtac