
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Publik Hüquqi Şəxsi proqram təminatı və texniki dəstək xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi satınalma müsabiqəsini yekunlaşdırıb.2gun.az-ın verdiyi məlumata görə, tenderin qalibi "PRONET" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
MİDA ilə qalib şirkət arasında bağlanan müqavilənin ümumi maliyyə dəyəri 81.774 AZN təşkil edir. Bağlanmış müqaviləyə əsasən, MMC agentliyin "ProHRM", "İnsan Resurslarının İdarə edilməsi və davamiyyətə nəzarət" və "Avtomobil nömrələrinin tanınma" sistemlərinin təkmilləşdirilməsi, həmçinin bu sistemlər üzrə 1 illik texniki dəstək xidmətinin göstərilməsini icra edəcək.
Aparılan araşdırmalar zamanı məlum olub ki, 81 min manatdan çox dəyəri olan tenderin qalibi "PRONET" MMC-nin nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 8 olan şirkətin qanuni təmsilçisi Nazim İbrahim oğlu Əliyevdir.
Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadıq Sadıqovdur.
Tarix: Bu gün, 12:50