“Subsidiya çörəyin bahalanmasını dayandırmırsa, subsidiya qərarı dayandırılmalıdır”



“Normal bazar şəraitində "süni qiymət artımı" adı ilə biznesə müdaxiləni həmişə qəbuledilməz saymışam. Bazarda eyni məhsulun çoxlu sayda istehsalçısının, eyni adda məhsulun fərqli çeşidlərlə istehlakçılar üçün əlçatan olduğu şəraitdə hökumətimizin leksikonuna aktiv şəkildə daxil olmuş "süni qiymət artımı" deyilən nədirsə, mümkün deyil”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev deyib.
 
Bir sözlə, sağlam rəqbət və istehlakçı üçün alternativ seçimlər varsa, qiyməti bazar diqtə edəcək. Əgər bu şəraitdə qiymət artırsa, demək ki, bazar diqtə edir. İndi "Araz" marketlər şəbəkəsindən "Naxçıvan" lavaşını 27% baha qiymətə aldım. Son 1 həftənin bahalaşmasıdır. Əgər xərclərin artımını zəruri edən iqtiasdi şərtlər varsa, buna müdaxilə qətiyyən doğru deyil. Son zamanlar yanacağın, suyun artımı zatən istehsalı bahalaşdıracaq. Amma bu artıma unun bahalanmasının təsirini araşdırmıaq çox vacbdir. Çünki hökumət una görə istehsalçılara subsidiya verəcək, səhv eləmirəmsə, hər tona 35 manat. Əgər subsidiya çörəyin bahalanmasını dayandırmırsa, onda hökumətin subsidiya qərarı dayandırılmalıdır. Büdcə vəsaitini havaya sovurmağın, un istehsalçılarına gərəksiz dəstəyin faydası nə oldu istehlakçıya? Ümumiyyətlə, bazarda un istehsalının monopol vəziyyətinin araşdırılmasına ehtiyac var. Bazarın tələbatını neçə un istehsalçısı ödəyir, onların payı necədir? Niyə antiinhisar orqanı bu məlumatları istehlakçılarla paylamasın ki?”
Tarix: 28-02-2021, 08:44
Xəbəri paylaş



Xəbər lenti