
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun oğlu Emin Hüseynovu qəbul edib.
Səmimi şəraitdə keçən görüşdə rayon rəhbəri qəhrəmanın ailəsinin qayğıları ilə maraqlanıb, ölkəmizdə dövlət səviyyəsində şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə göstərilən diqqət və qayğıdan söhbət açıb. Müstəqim Məmmədov bildirib ki, Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın xatirəsini uca tutmaq, onların ailələrinə dəstək olmaq hər birimizin mənəvi borcudur.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı tərəfindən Milli Qəhrəmanın nəvəsi Mələk Hüseynliyə xatirə hədiyyəsi təqdim olunub.
Sonda Emin Hüseynov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
